Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Yolqullar kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir

25 iyun 2019 | 16:00

Təsdiq olunmuş qrafikə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problem və müraciətlərinin yerində həllinin tezləşdirilməsi əhali tərəfindən razılıqla qarşılanır.
25 iyun 2019-cu il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Yolqullar kənd  sakinləri ilə səyyar qəbul keçirmişdir. Kənd ərazisində açıq havada baş tutan qəbulda rayonun başçısı Əhəd Abıyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edirdilər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərini salamdıqdan sonra çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Daşkəsən rayonunun Zağalı-Kollu-Çıraqlı avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın icrasının uğurla başa çatdırılması nəticəsində kənd sakinlərinin rayon mərkəzinə müasir səviyyədə əsaslı təmir olunan asfalt yolla rahat gedib-gəlməsini ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi  qiymətləndirdi.
Görüşdə kənd sakinlərinin qaldırdığı problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı Əhəd Abıyev aidiyyəti orqanlara müvafiq tapşırıqlar verdi, bəzi müraciətlər isə yerindəcə müsbət həll olundu.
Səsləndirilən müraciətlərə aydınlıq gətirən Əhəd Abıyev hazırda dövlətimiz tərəfindən kəndlər, onların perspektiv hərtərəfli inkişafı ilə bağlı çoxlu sayda proqramların həyata keçirildiyini, mərhələ-mərhələ reallaşdırılan həmin layihələrin bütün kənd yaşayış yerlərini əhatə edəcəyini vurğuladı.
Yolqullar kənd sakinləri vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etdilər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

Keçidlər