DAŞKƏSƏN RAYONUNDA DÖVLƏT GÖMRÜK KOMİTƏSİ SƏDRİNİN MÜAVİNİ, GÖMRÜK XİDMƏTİ GENERAL-LEYTENANTI ƏSGƏR ABDULLAYEV VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 24-də Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Daşkəsən rayon sakinlərini qəbul etmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Qəbul zamanı sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaş müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair Komitənin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilmişdir. Eyni zamanda səsləndirilən müxtəlif təkliflər, şikayət xarakterli müraciətlər nəzarətə götürülmüşdür.
Qaldırılan məsələlərin bir qismi yerində həll edilmişdir. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Qəbula gələn vətəndaşlar müraciətlərə baxılması üçün yerlərdə yaradılan şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı