Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

13 iyun 2019 | 16:00

13 iyun 2019-cu il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Ombudsmanın Gəncə regional mərkəzi  ilə birgə “15 İyun 1993-cü il: Dövlətçiliyin Xilasının və İnsan hüquqlarının İntibahının Başlanğıc Tarixi” mövzusunda tədbir keçirmişdir.
Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Orxan Həsənov, Rayon Gənclər və İdaman idarəsinin rəisi Samir Həsənov, Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər qeyd etmişlər ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və həmin tarixdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası ilə həyata keçirdiyi tədbirlər nəticəsində dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Tədbirdə qeyd olundu ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. 26 il əvvəl yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas edən ulu öndən Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirir, Azərbaycan daha da möhkəmlənir və qüdrətlənir.

Keçidlər