Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ YAP RAYON TƏŞKILATI GƏNCLƏR BİRLİYİNİN V KONFRANSI KEÇİRİLİB

07 iyun 2019 | 16:00

İyunun 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin V  konfransına gənclər mütəşəkkil hazırlıqla, ruh yüksəkliyi ilə gəliblər.
Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Milli Məclisin deputatı Kamran Bayramov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev,  təşkilatın gənc fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. 
Tədbir iştirakçıları əvvəlcə Daşkəsən  şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin sədri Elşən Alıyev hesabat dövrü ərzində rəhbərlik etdiyi birliyin gördüyü işlər barədə məruzə ilə çıxış edib.
YAP-ın keçdiyi zəngin inkişaf yolundan danışan Elşən Alıyev  qeyd edib ki, keçən dövr ərzində YAP Daşkəsən rayon təşkilatı öz sıralarını xeyli genişləndirib və bunun da əsas hissəsini gənclər təşkil edir. “YAP Daşkəsən rayon təşkilatının gənclər birliyinin hədəfləri Partiya rəhbərliyinin qarşıya qoyduğu məsələlər və gənclərin öz təşəbbüslərinin həyata keçirilməsi ilə bağlıdır,  bu vəzifələrin həyata keçirilməsində fəallığı ilə seçilən YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin ətrafında toplaşan gənclər əllərindən gələni əsirgəməyib, rayonun ictimai-siyasi həyatına nailiyyətlər qazanıblar,” – deyə Elşən Alıyev hesabat məruzəsində vurğulayıb.  
Daha sonra fəal gənclərdən Aygün İbrahimova və  Cavid Məmmədov hesabat məruzəsi ətrafında çıxış edərək Prezident cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir.
Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev nitq söyləyib. O, çıxışında deyib:
- Bu gün biz Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı gənclər birliyinin növbəti, beşinci konfransına yığışmışıq.
Müasir və müstəqil Azərbaycan dövləti öz ardıcıl nailiyyətləri ilə istər regionda, istərsə də beynəlxalq aləmdə yüksək səviyyədə ali mövqeyini və nüfuzunu bütün istiqamətlərdə dünyada sübuta yetirmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş müdrik siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Əlbəttə ki, əldə edilən nailiyyətlərin hər biri ölkəmizdə yaranmış sabitliyin təntənəsidir. Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki¸ daxili sabitlik olmadan heç bir güclü iqtisadiyyata malik olmaq mümkün deyil. Məhz bu müdrik kəlamı əsas götürən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizdə daxili sabitlik yaradaraq Azərbaycanı bütün sahələr üzrə hərtərəfli inkişaf yolu ilə aparır.
Ölkəmizdəki daxili sabitliyə, aparılan uğurlu xarici siyasətə, respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafına, mədəniyyət, idman və gənclər siyasətinin xüsusi yer tutmasında danılmaz əməyinə, misilsiz xidmətlərinə, zəngin və möhtəşəm dövlətçilik fəaliyyətinə görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün daşkəsənlilər adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.  
Biz bugünkü konfransda həm də gənclərimiz barədə fikirlərimizi bildiririk. Bu baxımdan ölkəmizdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsində gənclərimiz də bütün məsələlərlə bağlı dövlətçiliyimizi müdafiə edərək siyasi mövqelərini ortaya qoyurlar, dövlət başçısının həyata keçirdiyi siyasətə öz dəstəklərini Yeni Azərbaycan Partiyasına üzv olmaqla nümayiş etdirirlər. 
  Təsadüfi deyil ki, 7 yüz min nəfərdən çox üzvü olan Partiyamızın böyük hissəsini gənclər təşkil edir. Onlar ölkə rəhbəri tərəfindən reallaşdırılan inqilabi islahatlarda yaxından iştirak edirlər. Misal üçün, biz əminliklə qeyd edə bilərik ki, cənab Prezidentimizin ətrafında sıx birləşən daşkəsənli gənclərimiz sosial şəbəkələrdə yüksək fəallıq nümayiş etdirərək müstəqil dövlətimizin maraqlarını müdafiə edirlər. Daşkəsənli gənclər müxalifət düşərgələrində toplaşan və sosial şəbəkələrdə radikal, dağıdıcı təfəkkürə malik olan ünsürlərə qarşı öz iradları ilə tutarlı cavablar verirlər.
Mən müstəqil dövlətçiliyimizə və azərbaycançılıq ideyasına sədaqət nümayiş etdirdikləri üçün daşkəsənli gənclərə minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm.  
  Belə ki, ötən dövr ərzində gənclərimiz rayonun ictimai-siyasi həyatında fəallıq göstərmişlər. Bu müddətdə ölkədə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülənlərin əhali arasında təbliğatını fəal gənclərimiz də aparmış və bu da Yeni Azərbaycan Partiyası namizədlərinin seçkilərdə birmənalı şəkildə qalib gəlməsində öz müsbət təsirini göstərmişdir. Bütün bunlar, əlbəttə ki, bizi və hər bir Daşkəsən sakinini qürurlandırır.
Qeyd etməyi özümə borc bilirəm ki, bu gün yaşadığımız Daşkəsən rayonu təkcə regiona deyil, bütün Azərbaycana səs salıb. Dünyanın ən böyük qızıl emalı zavodunun yataqlarından da biri Daşkəsən rayonda fəaliyyət göstərir, ölkəyə iqtisadi gəlir və xaricdən valyuta gətirir. Bu çox sevindirici haldır.
Azərbaycanın bütün regionları kimi Daşkəsən rayonu da özünün sürətli inkişaf dövrünün yaşayır.
Məhz ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Daşkəsən Rayon İcra Hakimiyyəti ötən dövr ərzində rayonumuzda tikinti, quruculuq, abadlıq işləri aparmışdır. Görülən işlərin miqyası böyükdür. Onları sadalamaq uzun bir vaxt aparardı. Ona görə də birbaşa demək istərdim ki, artıq bizim rayonumuzun yeni siması müasir şəhərləri xatırladır. Qısaca olaraq qeyd edim ki, bu müddət ərzində onlarla məktəb,  uşaq bağçaları, səhiyyə obyekti, inzibati və yaşayış binaları tikilmiş, rayonun tarixində heç vaxt asfaltlanmamış ucqar dağ kəndlərinin yollarına yüksək keyfiyyətli asfalt örtük çəkilmiş, müasir körpülər inşa olunmaqdadır. Eyni zamanda qazlaşma, elektrik və su təchizatı sahələrində ardıcıl, dinamik işlər bu gün də davam etdirilməkdədir. Əlbəttə, bunların hər biri ölkə rəhbərimiz tərəfindən aparılan mütərəqqi siyasətin, xüsusilə son dövrlərdə reallaşdırılan ardıcıl islahatların bariz nümunələridir.
Çıxışımın sonunda Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının gənclər birliyinin köhnə tərkibinə hazırkı dövrə qədər apardıqları uğurlu fəaliyyətlərinə görə sağ olun deyirəm və inanıram ki, onlar bundan sonra da Partiyanın işlərində öz aktivliklərini davam etdirərək daha böyük nailiyyətlər əldə edəcəklər.
Bugünkü konfransın işinə uğurlar arzulayır və yeni seçiləcək tərkibə də ictimai-siyasi fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm.
Eşq olsun Yeni Azərbaycan Partiyasının lideri cənab İlham Əliyevə!
Ulu Öndərin ideyalarına eşq olsun!
Yaşasın müasir müstəqil Azərbaycanın gəncləri!
Milli Məclisin deputatı Kamran Bayramov isə çıxışında gənсlərə xitab edərək onları ulu öndər Heydər Əliyev ideyalarına sadiq yenilməz, mütəşəkkil qüvvə adlandırıb. O deyib: “YAP-ın üzvü olmaq elə Ulu Öndərin ideyalarına sədaqət deməkdir. Azərbaycan gənсliyi ölkəmizin diplomatik uğurlarının qazanılmasında da iştirak edir. Beynəlxalq idman, o cümlədən nüfuzlu elm yarışlarında qələbə qazanan gənсlərimizin Azərbaycan bayrağını yüksək pillələrdə dalğalandırması bütünlükdə gənсliyə göstərilən diqqətin nümunəsidir. Partiyamızın sədri сənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də yeni təfəkkürlü insan yetişdirmək, gənсlərimizi azərbayсançılıq ideyalarına sadiqlik ruhunda tərbiyə etməkdir. Sevindirici haldır ki, bugünkü gənсliyimiz zamanın bütün çağırışlara сavab verə biləсək səviyyədə hazırlıqlıdırlar. Sizlərin bütün sahələrdə qazandığınız uğurlar, əldə olunan nailiyyətlər bütünlükdə Azərbayсanın daha da qüdrətlənməsinə xidmət edir. Gənсlər bundan sonra da üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, Azərbayсanın uğurlarına qısqanсlıqla baxan mənfur niyyətli qüvvələrə siyasi hazırlıqları, elmdə, iqtisadiyyatda qazandıqları nailiyyətlərlə сavab verməli, yaramaz milli xəyanətkarların apardıqları təxribat kampaniyalarının qarşısını sosial şəbəkələrdə fəallıq göstərməklə almalıdırlar”.
Kamran Bayramov daşkəsənli gənсləri daim üzərilərində işləməyə, sabaha ümidlə baxmağa çağıraraq onlara dövlətçilik işlərində, şəxsi həyatlarında uğurlar arzulayıb.
Konfransda təşkilati məsələlərə baxılıb. Bayramov Kənan Ramazan oğlu YAP Daşkəsən rayon təşkilatı Gənсlər Birliyinin sədri seçilib. Gənсlər Birliyinin 7 nəfərdən ibarət İdarə Heyəti, 15 nəfər Şura üzvü seçilib. YAP Respublika Gənсlər Birliyinin 5-ci konfransında iştirak edəсək gənсlər müəyyənləşib.
Konfransın sonunda YAP sıralarına qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələrini təqdim edilib.

 

 

Keçidlər