Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun ucqar dağ kəndi Qabaqtəpədə səyyar görüş keçirildi

11 yanvar 2014 | 16:00

 

Daşkəsən rayonunun ucqar dağ kəndi Qabaqtəpədə səyyar görüş  keçirildi

Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısının  mütəmadi olaraq şəhər, qəsəbə və  kənd   inzibati  ərazi dairələri  üzrə  nümayəndəliklərində sakinlərlə səyyar görüşlərin keçirilməsinə başlanılmışdır.
Səyyar görüşlər Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyevin, RİHB Aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən  idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və  kənd sakinlərinin iştirakı ilə birgə demokratik şəraitdə davam etdirilir.
Bu gün Qabaqtəpə İƏDÜN-də də belə görüşlərdən biri baş tutmuşdur. Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısı cənab Əhəd Abıyev 4000-ə yaxın əhalisi olan Qabaqtəpə kəndində keçirdiyi səyyar görüş zamanı dərin məzmunlu nitq söyləmiş, vətəndaşlarla açıq havada ölkəmizdə gedən böyük və sürətli inkişaf, quruculuq, abadlıq işlərindən, eləcə də rayonumuzda uzun illərdən bəri həllini gözləyən çətin olan problemlərdən danışmışdır. Cənab Başçı qeyd etmişdir ki, indi dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevin apardığı iqtisadi-sosial siyasət nəticəsində ölkəmizdə bütün sahələr üzrə əlverişli mühit yaradılmışdır.
Indi Azərbaycan kosmos ailəsinin üzvüdür. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik edib. Həm ölkə daxilində, həm də ölkəmizdən kənarda əldə olunan uğurlar beynəlxalq aləmdə razılıqla qarşılanır. Hər birinizə yaxşı məlum olan yol problemi, təbii qaz problemi bizi həmişə narahat edirdi. Bu gün sizin etimad göstərdiyiniz millət vəkili Rövşən Rzayevin bizə yaxından köməyi ilə problemlərimiz ardıcıllıqla həll olunmaqdadır. Özünüz canlı şahid olaraq görürsünüz ki, Xoşbulaq-Qabaqtəpə-Astaf avtomobil yolunun əsaslı təmiri uğurla davam etdirilir. Azərbaycanda güclü sahibkarlıq mühiti yaradılmışdır. Məhz ölkə Prezidentinin düşünülmüş, uzun illərə hesablanmış siyasətinin nəticəsidir ki, ölkədə güclü transmilli korporasiyalar mövcuddur. Bu korporasiyalardan biri də ölkəmizdə və xaricdə  uğurlu fəaliyyət göstərən “AKKORD” Şirkətlər qrupudur. Bu şirkətin rəhbərliyi ilə danışıqlardan sonra Xoşbulaq-Qabaqtəpə-Astaf avtomobil yolunun əsaslı təmiri öz müsbət həllini tapmışdır.
Yaxşı məlumdur ki, Daşkəsən rayonunda əlverişli iş mühiti 4-5 ay çəkir. İlin qalan aylarında iqlim şəraiti açıq havada bu cür işləri görməyə imkan vermir. Daşkəsəndə həlli böyük problemlərlə üzbəüz olan belə işlər məhz “AKKORD” Şirkətlər qrupu kimi dünyada məşhur olan şirkətin  gücü daxində mümkün olubdur. Artıq 20 km-ə qədər əsaslı təmir olunmuş yol sizin istifadənizə verilibdir.
Ümumiyyətlə, bildirmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman bütün regionlara olduğu kimi, Daşkəsənə və daşkəsənlilərə də böyük diqqət və qayğısı vardır. Hamımız bu qayğını görür, dünya şöhrətli Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.Onun şəxsində biz hər zaman düzgün yol göstərən, xeyirxahlığı təbliğ edən, dinclik, gələcək nəslin xoşbəxtliyi, firavanlığı naminə, bir sözlə, şərqə günəş kimi doğan Azərbaycanımızın şöhrətinin günbəgün artırılması naminə düşünən, fəaliyyət göstərən əvəzsiz siyasi lideri görürük.
Bu gün hər birimiz şahid oluruq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev  iqtisadi kapitalı insan kapitalına yönəltmişdir. Bunu rayonumuzun timsalında daha əyani surətdə hiss edirik. Son illərdə Daşkəsən rayonunda 7 məktəb, 1 uşaq bağçası tikilmiş, neçə-neçə uşaq bağçası və ümumtəhsil məktəbi əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Rayonumuzda hər 30 şagirdə 1 kompyuter düşür. Təhsilin keyfiyyətinin artırılması, uşaqların təlim-tərbiyəsinin  gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.  Təhsilə  diqqət və  qayğı günbəgün artmaqdadır.  Daşkəsən rayonunda da bunu əyani surətdə görürük.  Rayonumuzda əgər 2012-ci ildə ali məktəblərə 27 nəfər, orta ixtisas məktəblərinə isə 12 nəfər qəbul olunmuşdusa, 20l3-cü ildə ölkənin müxtəlif ali məktəblərinə 43 nəfər, orta ixtisas məktəblərinə isə 26 nəfər qəbul olunmuşdur. Bu, göstərilən diqqət və qayğının nəticəsidir və inanırıq ki, bu uğurlarımız gələcəkdə davam etdiriləcək.
Bu il Daşkəsəndə daha 14 məktəbin tikintisi, ucqar dağ kəndlərinə gedən yolların əsaslı təmiri və tikintisi nəzərdə tutulmuşdur.
Əmin ola bilərsiniz ki, möhtərəm Prezidentimizin ali diqqət və nəzarəti altında bu il də qeyd etdiyim böyük tikinti, quruculuq, abadlıq, yenidənqurma işləri davam etdiriləcəkdir. Daşkəsənin xoş gələcəyi vardır.
Səyyar görüşdə çıxış edən kənd sakinləri 4000-ə yaxın əhali adından danışaraq göstərilən bu müsbət işlərə görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə  öz dərin minnətdarlıqlarını, razılıqlarını bildirərək qeyd etdilər ki, indiyədək kəndimizdə mövcud problemlərin həllinə bu cür diqqət və qayğı görməmişdik. Bu qayğı bizi dünya şöhrətli Prezidentimizin ətrafında daha sıx birləşməyə ruhlandırır.
Kənd sakinləri həmçinin onları narahat edən digər problemlərlə bağlı təkliflərini, istək və arzularını Daşkəsən  Rayon  İcra  Hakimiyyəti  Başçısının  diqqətinə çatdırdılar. Edilmiş təklif və müraciətlər yerindəcə  müsbət həllini tapdı.
Səyyar görüşdə 10 nəfər gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edildi, 10 nəfər gənc isə Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olundu.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər