Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Əhəd Abıyev kənd sakinləri ilə növbəti səyyar qəbul keçirdi

03 may 2019 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyətin başçısı Əhəd Abıyev bu gün  rayonun Mollahəsənli kəndində sakinlərlə görüş keçirib.
Əhəd Abıyev görüşdə dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı, Azərbaycan vətəndaşlarının maddi-rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən, geniş vüsət alan sosial islahatlardan, eləcə də, dünyada baş verən hadisələrə,  qarşıdurmalara baxmayaraq Azərbaycandakı ictimai-siyasi sabitlikdən, o cümlədən, uğurla reallaşdırlan mühüm regional və beynəlxalq layihələrdən, onların müsbət nəticələrindən danışıb.
İcra başçısı görüş zamanı diqqəti  aprelin 30-da Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına cəlb edərək, bu iclasların artıq bir ənənəyə çevrildiyini və ölkənin sosial-iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə müsbət töhfələr verdiyini vurğulayıb, görülən işlərə görə ölkə rəhbərinə dərin minnətdarlığını bildirib.
Əhəd Abıyev həm də  ölkə başçısı tərəfindən imzalanan 2019-2020-ci illərdə görüləcək işlər üçün “Strateji Yol Xəritəsi”ndən və burada nəzərdə tutulan tədbirlərin gedişindən, həmçinin, qaz limitinin artırılmasından, problemli kredirtlərin həll olunmasından və bunun məhz ölkə prezidentinin təşəbbüsü olaraq, reallaşdırılmasından,  digər sosial məsələlərdən danışaraq kənd sakinlərinə ətraflı məlumat verib.
Bununla yanaşı, görüşdə  qarşıda duran vəzifələrdən bəhs edilib, rayonda yeni tikilən məktəblər, çəkilən müasir yollar və digər görülən işlər barədə söhbət açılıb, kənd ərazisində həlli vacib olan bir sıra məsələlələrə toxunulub.
  Yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını qeyd edən sakinlər əvvəlcə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə müraciət ediblər. Qəbulda qaldırılan müraciətlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, bəzi müraciətlər yerindəcə  həll edilib, bəzilərinin həlli ilə əlaqədar idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib, icrası nəzarətə götürülüb.

Keçidlər