Daşkəsən rayonun bütün yaşayış məntəqələrinin əhalisi tibbi müayinəyə cəlb olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu ilin fevral ayının 11-dən bütün ölkə ərazisində olduğu kimi Daşkəsən rayonunda da əhalinin növbəti tibbi müayinəsi aparılır.
Bununla əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyəti rayonun aidiyyəti qurumları ilə birgə bu mühüm tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilatı, maarifləndirmə-izahat işlərini həyata keçirmişdir.
Daşkəsən rayonu üzrə qəsəbə və kəndlərin növbəlilik əsasında müayinəsi üçün qrafik tərtib edilib və təşkilati işlər görüldükdən sonra 11.02.2019-cu il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanılmışdır. Müayinənin başladığı 11.02.2019-cu il tarixdən hazırki vaxtadək 49 yaşayış məntəqəsinin əhalisi tibbi müayinəyə cəlb edilmiş və hər bir yaşayış məntəqəsində müayinə tam başa çatdırılmışdır.
Aparılmış müayinələr zamanı 26.04.2019-cu il tarixə tibbi müayinədən keçmiş 22224 nəfər əhalidən 290 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərlimiş, 450 nəfərdə müxtəlif xəstəliklər aşkar edilərək ambulator, 401 nəfər xəstə isə stasionar müalicəyə cəlb edilmişdir.