Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV GURBULAQ KƏNDİNDƏ SAKİNLƏRİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

03 aprel 2019 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu aprelin 3-də Gurbulaq kəndində keçirilib. Səyyar qəbulda rayonun idarə, müəssisə, xidmət təşkilatlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Kənd ümumi orta məktəbində keçirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bu cür görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq yerlərdə davam etdirildiyini diqqətə çatdırıb.
Əhəd Abıyev vurğulayıb ki, Gurbulaq kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğılarının həlli istiqamətində ardıcıl işlər aparılır və hazırda kənddə 40 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi artıq başa çatdırılmışdır, yaxın günlərdə istifadəyə veriləcəkdir.
Sonra kənd sakinlərinin müraciətlərini dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin əksəriyyəti yerindəcə həll edilib, bir qismi isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini –
dini qurumlarla işin təşkilatçısı

 

Keçidlər