Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Aşağı Daşkəsən kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

30 mart 2019 | 16:00

Martın 30-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev vətəndaşların növbəti səyyar qəbulunu hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Aşağı Daşkəsən kəndində keçirib.
Kənd sakinlərini salamlayan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev vətəndaşlarla keçirilən hər bir görüşdə qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlərin görüldüyünü bildirib, o cümlədə rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib. 
Rayon rəhbəri xüsusilə vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər zaman çox güclü sosial siyasət aparılır. O,  cari ilin əvvəlində çox ciddi və böyük sosial paketin təsdiqləndiyini və həmin proqramın 3 milyondan çox insanı əhatə etdiyini diqqətə çatdırıb.   
Əhəd Abıyev çıxışında Aşağı Daşkəsən kəndində də xeyli abadlıq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını qeyd edib.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. 
Kənd sakinlərindən müraciət edənlər işlə təmin olunmağa, kənddaxili yolun və uşaq bağçasının əsaslı təmirinə, kəndin qazlaşdırılmasına, əlavə su xəttinin çəkilməsinə digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan müraciət və təkliflərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini tapıb.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən bu kimi tədbirlərə, göstərilən daimi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini –
dini qurumlarla işin təşkilatçısı

Keçidlər