Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən məktəbliləri Qəbələ-Şəki-Zaqatala səfərindən zəngin təəssüratlarla ayrılıblar

27 mart 2019 | 16:00

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Daşkəsən məktəbliləri martın 26-da geri döndülər.
Məktəblilər xüsusi ayrılmış avtobusla Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidə kompleksi qarşısına gəldilər. İştirakçıları rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri və valideynlər qarşıladılar.
İştirakçılarla görüşənlər 4 günlük səyahətdən sonra şagirdlərin səfər təəssüratlarını öyrəndilər. Məktəblilər ölkəmizin bu bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən ölkəmizin tarixi, mədəniyyəti barədə çox şey öyrəndiklərini bildirdilər. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının cənab İlham Əliyevin gənc nəslə olan daimi diqqət və qayğısından irəli gəldiyini vurğuladılar.
Səfərdən zəngin təəssüratlarla qayıdan məktəblilər və onların valideynləri bu layihənin həyata keçirilməsinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər