Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Novruz bayramı böyük təntənə ilə keçirilib, sonra bayram tədbiri rayon ərazisində yerləşən hərbi hissədə davam edib

19 mart 2019 | 16:00

Martın 19-da havanın qarlı-şaxtalı olmasına baxmayaraq, Daşkəsən şəhərinin Heydər Əliyev meydanında Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilib.
            Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb. Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqi söyləyib.
Əhəd Abıyev təbrik nitqindən sonra nümayiş etdirilən el sənəti və milli mətbəximizin nümunələrinə baxış keçirib.
Yüksək təmtəraqla keçirilən ümumrayon şənliyi el aşıqlarının, musiqiçilərin ifaları, idmançıların müxtəlif idman nömrələri  və rəngarəng əyləncəli proqramlar ilə yadda qalıb.
Daha sonra  ümumrayon bayram şənliyi rayon ərazisində yerləşən ən müasir tipli “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə davam etdirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edərək hərbi hissənin zabit, gizir və əsgərlərinə Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Tədbirdə digər çıxış edənlər də Novruz bayramı münasibətilə hərbi hissənin şəxsi heyətinə can sağlığı arzulayıb, onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.
Rayon ictimaiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən bayram sovqatı və xonçalar əsgərlərə paylanıb.
Tədbir bayram konserti ilə davam edib. Daşkəsənin incəsənət nümayəndələri rəngarəng bayram proqramlarını nümayiş etdiriblər. Görüşə gələnlər rəqs edib, əsgərlərin bayram sevincinə qoşulublar.

 

 

Keçidlər