Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ULU ÖNDƏRİN ANIM GÜNÜ YÜKSƏK SƏVİYYƏDƏ QEYD EDİLDİ, EHSAN SÜFRƏLƏRİ AÇILDI

13 dekabr 2013 | 16:00

 

Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünə daşkəsənlilər yüksək səviyyədə hazırlıqla gəlmişdilər.Belə ki, rayonda dekabr ayının 1-dən 10- dək anım günü onun ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlərlə qeyd olunmuşdur.Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında anma tədbirləri keçirilmişdir.
Ümumtəhsil məktəblərində inşa yazı, rəsm müsabiqələri, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, dəyirmi masalar, mədəni-maarif müəssisələrində kitab sərgiləri, foto-stendlər, oxucu konfransları və həyata keçirilən digər anım tədbirləri daşkəsənlilərin ulu öndər Heydər Əliyevə, onun müqəddəs ideyalarına hörmət və ehtiramı olaraq iştirakçıların ürəyindən xəbər vermiş, onları Heydər Əliyevin şəxsi nümunəsində vətənə, xalqa, torpağa daha sədaqətli olmağa ruhlandırmışdır.
Qeyd edilən tədbirlərin davamı olaraq dekabr ayının 12-də rayon ictimaiyyətinin 5000-dən çox nümayəndəsi ulu öndərin rayon mərkəzində ucalan abidəsi önünə əklillər, gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Gülqoyma mərasimindən sonra YAP rayon təşkilatının Şura üzvləri, iştirakçıların bir qrupu Heydər Əliyev Mərkəzində də olmuşdur. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov Mərkəzi ziyarət edən daşkəsənlilərə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə ürəklərində gəzdirdikləri bu hörmət və ehtiramdan, sevgidən məmnun olduğunu bildirmiş, təşəkkür etmişdir.
Sonra İcra Hakimiyyəti Başçısının müavini tədbir iştirakçılarına müraciətlə qeyd etmişdir ki, qəlbində vətənə, torpağa, xalqa istək gəzdirən hər birimizin əbədiyaşar ulu öndərə bu günkü firavan həyat, xoş gələcəyimiz üçün borcu çoxdur. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir.Bu gün hər birimiz o böyük insanı xilaskar, Azərbaycanın milli inkişaf modelinin banisi kimi qəbul edirik. Böyük insanı bu cür qəbul etməyə o, öz əməlləri ilə nail olmuş, müdrik və uzaqgörən siyasəti ilə ürəklərə yol açmışdır.
Bir vaxtlar ulu öndər vətənpərvərliklə deyirdi : “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram”. Bəli, dahi insan özünün sağlamlığını, həyatını müstəqil Azərbaycanın uğrunda əsirgəmədi. Ona tuşlanan silahlara mərdliklə sinə gərərək, şərqə günəş kimi doğan müstəqil Azərbaycan dövlətini qurdu. Bu gün  siz,  bir azərbaycanlı olaraq nümayiş etdirdiyiniz hörmət və ehtiramınızla bir daha təsdiq edirsiniz ki, Heydər-Xalq, Xalq-Heydər sevgisi daimidir, əbədidir. Hər birimiz, körpə uşaqların da dilinin əzbəri olan “ Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” kəlamını yaxşı xatırlayırıq. Qəlbində xalqına belə sevgi gəzdirən rəhbər xalqının yaddaşında daim hörmətlə, pərəstişlə seviləcək, yad olunacaqdır.O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə həmişə yaşayacaq.
Sonra ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım mərasimi “Yeni həyat” sarayında ehsan süfrəsi ilə davam etdirildi. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev  Azərbaycanın  xilaskarı, YAP-ın qurucusu ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan, xalqı, vətəni üçün misilsiz tarixi xidmətlərindən ürəkdolusu danışmış, bu günkü qüdrətli Azərbaycanın xoş gələcəyindən söhbət açmışdır. Eyni zamanda bildirmişdir ki, Heydər Əliyev siyasi kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, dövrün və zamanın tələbinə uyğun yaradıcılıqla davam etdirilir.
Daha sonra ulu öndərin ruhuna quran oxunmuşdur.

Sahib Əhmədov
Daşkəsən.

Keçidlər