DAŞKƏSƏNDƏ AZƏRBAYCAN ƏDLİYYƏSİNİN YARADILMASININ 100 İLLİK YUBİLEYİ VƏ 22 NOYABR – ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ QEYD EDİLİB
Noyabrın 22-də Daşkəsən rayonunda Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.
Bayram tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə işçiləri, ədliyyə qulluqçuları, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzidə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Bundan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıblar.
Rayonun Heydər Əliyev Mərkəzdə keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov çıxış edib. O, çıxışında deyib:
– Daşkəsən Rayon Məhkəməsinin sədri hörmətli Əliyev Azad Allahverdi oğlu – sizi və kollektivinizi Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə başda hörmətli Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının Sədri, I dərəcəli dövlət ədliyyə müşaviri hörmətli Fikrət Məmmədov və Ali Məhkəmənin sədri hörmətli Ramiz Rzayev olmaqla Daşkəsən rayon ictimaiyyəti adından, o cümlədən Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Əhəd Abıyevin adında səmimi qəlbdən təbrik edirəm, sizlərə möhkəm cansağlığı və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Bildiyiniz kimi milli dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə işçilərinin peşə bayramının qeyd edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı bu il Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə əlamətdar olmaqla ədliyyə işçiləri tərəfindən ikiqat sevinc hissi ilə qeyd olunur.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ədliyyə tariximizin yeni, şərəfli səhifəsi açılmışdır. Milli dövlət quruculuğunda ədliyyə fəaliyyətinə böyük önəm verilərək nazirlik Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün - 1918-ci ilin may ayının 28-də təsis edilmiş və öz arxitekturası ilə Bakıya gözəllik verən, hazırda Səadət Sarayı adlanan binada fəaliyyət göstərmişdir. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də - bu gün peşə bayramı kimi qeyd etdiyimiz gündə nazirliyin əsasnaməsi təsdiq edilmişdir.
Müstəqillik əldə etdikdən sonra xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, zəngin ənənələrə malik Azərbaycanın ədliyyə orqanları sahəsində də əsaslı islahatlar aparılmağa başlandı. Bu dövrdə Ulu Öndərin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Bütün hüquqi əsas qanunlar beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla ölkəmizdə yeni hüquqi qanunvericilik bazası yaradıldı. Ümummilli Liderin rəhbərliyi ilə yeni üç pilləli məhkəmə sisteminin yaradılması, hakimlərlə ilk dəfə test üsulu ilə keçirilmiş şəffaf müsabiqə əsasında hakim korpusunun 60 faizə qədər təzələnməsi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət etmişdir.
Ümummilli Liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuşdur. Ölkə başçısının insan hüquqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Ədliyyə Nazirliyi öz inkişafının müasir mərhələsinə qədəm qoymuş, məhkəmə-hüquq islahatları prosesi keyfiyyətcə yeni səviyyəyə qalxmış, ədliyyə və məhkəmə infrastrukturu əhəmiyyətli dərəcədə yeniləşdirilmişdir.
Bu gün Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Bunun nəticəsidir ki, ədliyyə işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə başçısının diqqət mərkəzindədir.
2017-ci ilin 14 iyul tarixində Ədliyyə naziri hörmətli Fikrət Məmmədov Daşkəsən rayonunda vətəndaşların qəbulu keçirmişdir. Səfər zamanı hörmətli ədliyyə naziri Daşkəsən Rayon Məhkəməsinin əsaslı təmir olunmuş inzibati binasında olaraq rayonun məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti, onların iş şəraiti ilə tanış olmuş, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirmiş, öz tapşırıq və tövsiyələrini vermişdir.
Bayram ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən fərqlənmiş bir qrup hakimlərə və ədliyyə orqanları işçilərinə fəxri adların verilməsi və onların dövlət təltiflərinə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğısının növbəti təzahürüdür.
Bu məqamda fürsətdən istifadə edib, hörmətli Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri hörmətli Fikrət Məmmədovu və Ali Məhkəmənin Sədri hörmətli Ramiz Rzayevi Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmələri münasibəti ilə Daşkəsən rayon ictimaiyyəti adından və Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Əhəd Abıyevin adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da Daşkəsən Rayon Məhkəməsi və kollektivi əzmkarlıqla və məsuliyyətlə çalışacaqdır.
Bir daha da Daşkəsən Rayon Məhkəməsini və bütün ədliyyə işçilərini Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından, o cümlədən Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Əhəd Abıyevin adından ürəkdən təbrik edir, sizlərə şərəfli işlərinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri N. Süleymanov çıxışından sonra Daşkəsən Rayon Məhkəməsinin sədri Azad Əliyev çıxış edərək başda Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının Sədri hörmətli Fikrət Məmmədov olmaqla, bütün ədliyyə işçilərini Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlərin və qazanılan nailiyyətlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürü olduğunu, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıb. A. Əliyev peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Daşkəsən rayon ədliyyə işçilərinin dövlət başçısının ətrafında sıx birləşməklə bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəklərinə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcəklərinə əminlik ifadə edib, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə bütün kollektivi adından minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri də çıxış edərək dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıblar.
Sonda xatirə şəkli çəkilib.
Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini
qurumlarla işin təşkilatçısı