“ÖLKƏMİZİ TANIYAQ” MAARİFLƏNDİRİCİ TUR-AKSİYASINDA İŞTİRAK EDƏN DAŞKƏSƏNLİ MƏKTƏBLİLƏRİN CƏNUB BÖLGƏSİNƏ EKSKURSİYASI DAVAM EDİR
“Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində 14-17 noyabr tarixlərində Lənkəran-Astara-Masallı rayonlarına ekskursiya edən daşkəsənli məktəblilərin gəzintiləri davam edir.
14 noyabrda Gəncə, Gədəbəy, Qazax, Ağstafa, Şəmkir, Samux, Xətai, Səbail rayonlarından olan iştirakçılarla birlikdə Salyan rayonunda yerləşən “Vağzalı” restoranında nahar etdikdən sonra məktəblilər yüksək səviyyədə Lənkəran şəhər İcra Hakimiyyətinin qarşısında qarşılanmışlar.
Sonra “Palma Life” mehmanxanasında yerləşmiş, mehmanxanada şam yeməyi yemiş, əyləncəli proqramlarda iştirak etmişlər.
Noyabrın 15-də məktəblilərimiz Lənkəran şəhərindən Astara rayonuna yola düşmüşlər. Burada onlar Astara rayon Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Bulvar, “Yanar Bulaq”, Astara çay fabriki ilə tanış olmuşlar.
“Palma Life” mehmanxanasında nahar etdikdən sonra daşkəsənli şagirdlər hazırda Masallı rayonundadırlar.