Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi və bu sahədə biliklərinin artırılması istiqamətində tədbir keçirilmişdir

02 noyabr 2018 | 16:00

02.11.2018-ci il tarixdə Daşkəsən rayonunda kənd təsərrüfatı istehsalçıların maarifləndirilməsi və bu sahədə biliklərinin artırılması istiqamətində Elmi Tədqiqat İnstitutunun, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin digər yerli qurumlarının əməkdaşları ilə birgə tədbir keçirilmişdir.
      Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən tədbirdə Mərkəzin direktoru Azər Hacıyev iclası açıq elan edərək ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan aqrar islahatlar və son dövrlər əldə olunan yüksək nəticələr  barədə ətraflı məlumat verdi. 
      Eyni zamanda bütün rayonlarda olduğu kimi, Daşkəsəndə də Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovun tapşırığına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün sahibkarlara hər bir şəraitin yaradıldığını və əvvəlki illərdən fərqli olaraq yüksək məhsuldarlıq əldə olunduğunu  qeyd etdi. Mövcud texnika, toxum, suni mayalanma, arıçılıq, damazlıq heyvanlar və s. barədə ətraflı məlumatlar vermiş, subsidiyaların verilməsinin Daşkəsən rayonunda da sahibkarların daha da həvəslə işləməsinə səbəb olduğunu bildirmişdir.
     Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru A.Hacıyev qeyd etdi ki, sahibkarlara dövlət səviyyəsində göstərilən bu cür diqqət və qayğıya cavab olaraq biz öz işimizə tənqidi yanaşmalı, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları istehsal etməli və bununla da öz təsərrüfatımızın daha genişləndirilməsinə çalışmalıyıq.
      Sonra Bitki Mühafizə və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Sahib Cabbarov taxılçılıq və bu sahənin inkişafı barədə aqrotexniki əməliyyatlar, zərərvericilər və xəstəliklər, toxumun səpinqabağı dərmanlanması və s. haqqında maarifləndirici məruzə ilə çıxış etdi.
        Daşkəsənli sahibkarlar yekdilliklə belə bir təklif səsləndirdilər ki, dağlıq şəraitdə əkinçilik və heyvandarlığın inkişafı üçün sahibkarların güzəştli kredit şərtləri ilə kiçik həcmli texnikalar və avadanlıqlarla təmin olunması ən vacib amildir.
         Tədbirin sonunda istehsalçıları maraqlandıran suallar ətraflı cavablandırıldı və lazımı tövsiyələr verildi.

Keçidlər