Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Uğurdan Gələcəyə” layihəsinin yekun tədbiri keçirilmişdir

29 oktyabr 2018 | 16:00

Bu gün Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar" üzrə 2-ci Qrant müsabiqəsinin qalibi “Uğurdan Gələcəyə” layihəsinin yekun tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları yekun tədbirə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidə kompleksinə gül dəstələri qoymaqla başlamışlar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev “Uğurdan Gələcəyə” layihəsinin yekun tədbirində iştirak edərək, rayon məktəblilərinin bu cür layihələrdə iştirakının müsbət hal olduğunu bildirib, son illər ölkəmizdə aparılan uğurlu təhsil islahatlarından söz açmışdır. Rayonda son illər ərzində onlarla yeni məktəblərin tikilməsini və əsaslı təmir olunduğunu deyən Əhəd Abıyev qazanılan uğurlarda bu amilin də nəticəsinin olduğunu xüsusi vurğulamışdır.
Rayonun ərazisinin soyuq iqlim, dağ şəraitində yerləşməsinə baxmayaraq bu gün məktəblərin hər biri istiliklə təmin olunmuş, bütün məktəblər lazımi texniki avadanlıqlarla və dərs vəsaitləri ilə təmin olunmuşlar. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev ölkənin davamlı, dinamik inkişafını məhz  təhsilli, intellekt səviyyəsi yüksək olan gənclərlə görür. Azərbaycanın güclü iqtisadiyyata malik olması üçün savadlı, oxumuş, geniş dünyagörüşünə malik gənclərin lazım olduğunu rayon rəhbəri öz çıxışında bildirmişdir.
Çıxışının sonunda Əhəd Abıyev layihənin rəhbərini və gəncləri bir daha təbrik etmiş, belə layihələrin davamlı olmasını arzulamış, məktəblilərə təhsillərində daha böyük nailiyyətlər diləmişdir.
Məlumat üçün bildirək ki, 2017-2018-ci tədris ilində IX sinif buraxılış imtahanlarında Daşkəsən rayonu üzrə yüksək nəticə göstərən 6 şagird Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində yay düşərgəsində 3 gün keçirilən təlimlərdə iştirak etmişlər. Daşkəsən, Quba və Balakən rayonlarının hər birindən 6 şagird olmaqla, ümumilikdə 18 şagirdə istedadlı təlimçilər müasir metodlardan istifadə edərək iştirakçılarda yeni bacarıqların formalaşdırılması, gələcəkdə düzgün peşə seçimi edə bilmələri üçün müvafiq məlumat və istiqamət vermişlər.
Daşkəsən rayon Təhsil meneceri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar" üzrə Qrant 2 müsabiqəsinin “Uğurdan Gələcəyə” layihəsinin rəhbəri Səbinə Qədirova, valideynlər, müəllimlər və digər çıxış edənlər ölkəmizdə təhsilin inkişafı üçün yaradılmış bu cür yüksək səviyyəli şəraitə görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər və layihənin qalibi olmuş gənclərdən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr gözlədiklərini qeyd etdilər.

Keçidlər