Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNLİ UŞAQLAR "GÖYÇƏK FATMANIN NAĞILI" TAMAŞASINI MARAQLA İZLƏYİBLƏR

27 oktyabr 2018 | 16:00

Oktyabrın 27-də Daşkəsən rayon Mədəniyyət Mərkəzinin səhnəsində “Göyçək Fatmanın nağılı” əsəri əsasında hazırlanmış tamaşa oynanılıb.
C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinin ərsəyə gətirdiyi 2 seansda uğurla baş tutmuş tamaşaya balacalar və məktəblilər həvəslə gəliblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov qeyd edib ki, teatr truppalarının rayonda tamaşalar verməsinə hər zaman dəstək verilir.
N.Süleymanov onu da vurğulayıb ki, gənc nəslin vətənpərvər ruhda yetişməsi, intellektual şüurun formalaşması, asudə vaxtın səmərəli təşkili və teatr sahəsinə marağın artırılması, o cümlədən teatr mədəniyyətinin təbliğ olunması məqsədi ilə yaradıcı kollektivlərin çıxışları Daşkəsəndə mütəmadi olaraq təşkil olunur və tamaşalar anşlaqla keçir.  
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov Daşkəsəndə teatra rəğbətin və tələbatın böyük olduğunu bildirib. Teatrın rəhbəri bütün kollektivi adından Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə tamaşaların təşkilinə hər zaman verdiyi dəstəyə, yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.
Balacalar tərəfindən sürəkli alqışlarla qarşılanan səhnə əsərinin baş rejissoru İradə Gözəlova, quruluşçu rejissoru Şəbnur Allahverdili, quruluşçu rəssamı Vahab Cəfərov və musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.

Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini
qurumlarla işin təşkilatçısı

 

Keçidlər