Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

2018-ci il 26 Oktyabr tarixində Agentlik tərəfindən Daşkəsən rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə OPERATİV MƏLUMAT

26 oktyabr 2018 | 16:00

2018-ci il 26 Oktyabr tarixində saat 13:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Daşkəsən rayonu ərazisində Təhsil şöbəsinə məxsus keçmiş binanın zirzəmisində  müxtəlif növ silah-sursatın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən İÇƏRİSİNDƏ HEÇ BİR PARTLAYICI MADDƏ OLMAYAN, TƏLİM MƏQSƏDLİ2 ədəd TM-62M minası, 53 ədəd patron, 1 ədəd F-1 və 2 ədəd RQD-5 əl qumbarası aşkar olunub, məhv edilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Təlim məqsədli hərbi ləvazimatların tapıldığı yerin ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Keçidlər