Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilir

12 oktyabr 2018 | 16:00

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Daşkəsəndə "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Hüquq mühafizə orqanları, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək eyni zamanda rayondakı dini durum və dini icmanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin din siyasəti hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə tolerant və multikultural mühit formalaşıb və bu, bütün dünyada müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Natiq dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verildiyini vurğulayıb.
S.Salahlı onu da qeyd edib ki, respublikamızda qəbul edilən qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Dini radikalizmin fəsadlarından da danışan S.Salahlı dünyanın bir çox ölkələrinin dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini qeyd edib və Azərbaycanda dini radikalizmə qarşı ideoloji, iqtisadi və hüquqi mübarizə aparıldığını diqqətə çatdırıb. Dövlət Komitəsi sədrinin birinci müavini gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini ekstremizmlə mübarizədə fəal olmalarının vacib olduğunu vurğulayıb.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
Məsələlər şöbəsinin müdir müavini –
dini qurumlarla işin təşkilatçısı

Keçidlər