Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Daşkəsən inkişaf yollarında

17 sentyabr 2013 | 15:00

 

Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Daşkəsən inkişaf yollarında.

 

Daşkəsən rayonunda 5 ümumtəhsil məktəbinin və

 1 körpələr evi-uşaq bağçasının açılışı olub

 

            - Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyllərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi model Azərbaycanın son illərdə davamlı, sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Ümumiyyətlə, bu dövlət proqramlarının uğurla icra olunması nəticəsində isə ölkəmizin hər bir rayonunun həyatında tamamilə yeni və daha parlaq səhifə açılıb. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqəsinə səbəb olub. Bu gün Azərbaycanın elə bir rayonu yoxdur ki, orada geniş infrastruktur layihələri icra olunmasın, orada insanların sosial həyatının, güzəranının yaxşıllaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilməsin. Son illərdə Daşkəsən rayonunda da görülən böyük quruculuq işləri və həyata keçirilən infrastruktur layihələri bu fikri təsdiq edir.

            Əlbəttə ki,  rayonda görülən yüksək səviyyəli işlər Daşkəsən ictimayyəti tərəfindən lazımınca qiymətləndirilir və rəğbətlə qarşılanır. Heç də təsədüfi deyil ki, rayon sakinləri bütün dövrlərdə Azərbaycan dövlətinə və dövlətçiliyimizə sədaqət göstərib, xalqımızın daha da yaxşı yaşamasını, dövlətimizin gücləndirilməsini təmin edən siyasi kursu fəal müdafiə edirlər. Rayon sakinlərinin Azərbaycan Respublikasının müstəqilliyini əldə etdiyi dövrdən bu yana keçirilən bütün seçkilərdə  Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirən cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi də məhz bu fikri təsdiqləyir.

            Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev rayonda 5 ümumtəhsil məktəbinin, 1 uşaq bağçasının açılşında giriş nitqinə bu sözlərlə başlamışdır.

       Sonra cənab Əhəd Abıyev nitqinə davam edərək demişdir:

- Bildiyiniz kimi, bu gün Azərbaycanda çox əlamətdar,  sevimli və tarixi bir gündür. Ölkəmizin hər yerində yeni dərs ilinin başlanması -  “Bilik Günü” münasibəti ilə müxtəlif tədbirlər keçirilir. Sizi və rayonun bütün şagirdlərini, pedaqoji kollektivlərini yeni dərs ilinin başlanması və “Bilik Günü” münasibəti ilə ürəkdən təbrik edir, Sizə bu şərəfli təhsil yolunda uğurlar arzulayıram.

Bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Ölkəmiz gündən-günə çiçəklənir, gözəlləşir. Ulu öndərimiz Heydər Əliyevin ideyaları sosial-iqtisadi, ictimai həyatımızın bütün sahələrində zəfər çalır, parlaq qələbələr qazanır. Ulu öndər Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, cəsarətli addımları sayəsində misilsiz nailiyyətlərlə uğurla davam etdirilir.

Təkcə son on ildə Azərbaycan əsrlərə bərabər bir yol keçmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və həmçinin Heydər Əliyev Fondunun Prezidenti,  YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı sayəsində minlərlə ümumtəhsil  məktəbləri, uşaq bağçaları, səhiyyə obyektləri və digər mədəni-məişət binaları tikilib istifadəyə verilmiş, təhsil ocaqları müasir avadanlıqlarla, o cümlədən, texniki vasitələrlə təchiz edilmişdir. Rayonumuzun timsalında bunu daha aydın görürük.

Daşkəsən rayonunun tarixində bu günkü, “Bilik Günü” çox sevindirici, əlamətdar hadisələrlə yadda qalır. Çünki 2013-cü ilin tədris ilində Daşkəsəndə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Əmirvar-Əhmədli kəndlərində 5 yeni ümumtəhsil məktəbin və 1 uşaq bağçasının açılışını edirik.  Rayonumuzda bu böyük layihələr möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən məsuliyyətlə və keyfiyyətlə, vaxtında həyata keçirilib. 

Məhz göstərilən bu diqqət və qayğıya görə, bütün rayon ziyalıları, ictimaiyyəti və əhalisi adından möhtərəm Prezidentimizə  dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

Sonra İcra Başçısı Əhəd Abıyev çıxışına davam edərək demişdir :

- Hamımıza məlumdur ki, yeni məktəb olan yerdə şənlik, sevinc, qaynar həyat var. Ümummilli liderimiz həmişə deyirdi ki, təhsil millətimizin gələcəyidir, müəllimi yaxşı olan xalqa zaval yoxdur. Elmi öyrənib, ona əməl etmək lazımdır. Dünyanın ən gözəl peşəsi – müəllimlikdir. Belə bir müdrik misal var: – bir yeni məktəb-təhsil müəssisənin tikilməsi, böyük bir həbsxananın, təcridxananın bağlanması deməkdir. 

Deməli, tərbiyəli sağlam gənclərin və elmli nəslin yetişdirilməsi ölkə başçımızın əsas məqsədlərindən biridir.

Bu gün hər birimiz şahid oluruq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev  iqtisadi kapitalı insan kapitalına yönəltmişdir. Bunu rayonumuzun timsalında daha əyani surətdə hiss edirik. Son illərdə Daşkəsən rayonunda 7 məktəb, 1 uşaq bağçası tikilmiş, neçə-neçə uşaq bağçası və ümumtəhsil məktəbi əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Rayonumuzda hər 30 şagirdə 1 kompyuter düşür. Təhsilin keyfiyyətinin artırılması, uşaqların təlim-tərbiyəsinin  gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.  Təhsilə  diqqət və  qayğı günbəgün artmaqdadır.  Daşkəsən rayonunda da bunu əyani surətdə görürük.  Rayonumuzda əgər keçən dərs ilində ali məktəblərə 27 nəfər, orta ixtisas məktəblərinə isə 12 nəfər qəbul olunmuşdusa, bu il ölkənin müxtəlif ali məktəblərinə 43 nəfər, orta ixtisas məktəblərinə isə 26 nəfər qəbul olunmuşdur. Bu, göstərilən diqqət və qayğının nəticəsidir və inanırıq ki, bu uğurlarımız gələcəkdə davam etdiriləcək.

            Məlumat üçün bir faktı bildirmək istəyirəm ki, bu günkü,  “Bilik Günü”ndə məktəbli formaları Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının şəxsi vəsaiti hesabına alınaraq pulsuz olaraq 1-ci sinifdən tutmuş 11-ci sinif şagirdlərinədək hər birinə hədiyyə edilibdir.

Sonra İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev nitqinə davam edərək bildirmişdir ki, mən bütün şagirdləri doğma valideyn istəyi,  ziyalı qayğısı ilə bağrıma basıram. Valideynlərə dönə-dönə tövsiyəm, xahişim budur ki, uşaqlarınızın təhsilinə çox ciddi diqqət yetirin, məktəblə daimi əlaqə yaratmaqla müəllimlərlə mehriban və dost olun və ən başlıcası gələcək həyat yollarınızda Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalmaqla, Azərbaycanın xoş gələcəyi naminə Ulu öndərin müqəddəs ideyalarının uğurla həyata keçirilməsində misilsiz xidmətləri olan Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşin.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev həmişə deyir ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Budur,  ölkəmizin hər yerində olduğu kimi, bu gün Daşkəsən rayonunda da quruculuq, tikinti, abadlıq işlərinə, məktəbə, təhsilə, səhiyyəyə olan diqqət və qayğı sabitlik və inkişaf deyilənlərin parlaq nümünəsidir.   

Bəli, günün reallığı budur: möhtərəm Prezidentimizin etdiyi vədləri on il ərzində görülən işlər, həyata keçirilən qlobal, irimiqyaslı layihələrdə özünün tam əksini tapmışdır. Budur son iki il ərzində iqlim şəraitinin sərt olduğu ucqar dağ rayonunda - Daşkəsəndə 7 yeni müasir  məktəb tikildi. Yeni müasir avtovağzal, yeni İcra Hakimiyyətinin inzibati binası, müasir tipdə tikilərək başa çatmaq üzrədir. Rayonda 28 çoxmərtəbəli yaşayış evlərinin dam örtükləri dəyişərək əsaslı təmir olunub.  Bunun davamı olaraq gələn il daha 18  məktəbin tikintisi və əsaslı təmiri nəzərdə tutulub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəstəyi ilə “Yeni Daşkəsən” layihəsi günbəgün, ardıcıl olaraq həyata keçirilməkdədir. Artıq Zağalı, Kollu, Çıraqlı və digər dağlıq olan kəndlərlə rayon  arasında yolların asfaltlaşdırılması tezliklə başa çatacaqdır. Yaxın vaxtlarda rayonun əksər kəndlərinin mavi yanacaqla təmin edilməsi və qarşıda olan digər problemli məsələlərin həlli istiqamətində məqsədyönlü işlər proqramla görülüb, həyata keçirilir. Beləliklə, Yeni Daşkəsənin layihəsinin xoş gələcəyi gözlənilir.

Biz daşkəsənlilər göstərilən bu diqqət və qayğıya görə hər birimiz böyük minnətdarlıq hissi ilə xalqımızı işıqlı gələcəyə uğurla  aparan Heydər Əliyev ideyalarına daim sadiq qalacaq, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin ətrafında daha da sıx birləşərək var qüvvəmizi əsirgəməyəcəyik.

 Hörmətli müəllimlər, məktəblilər, valideynlər, bacı və qardaşlarım, hamınız yaxşı  bilirsiniz ki,   ölkəmizdə  oktyabrın 9-da növbəti Prezident seçkiləri keçiriləcək. Biz hamımız inanırıq ki, daim xalqın istək və arzuları ilə yaşayan, müstəqilliyimizi günü-gündən möhkəmləndirən möhtərəm cənab İlham Əliyevə bütün daşkəsənlilər öz hörmət və ehtiramını seçki günündə fəaliyyətləri ilə bir daha da yüksək səviyyədə nümayış etdirəcəklər. Çünki Prezidentimizə Daşkəsəndə böyük inam olmaqla, ümumxalq sevgisi vardır. Belə ki, bu gün hər birimizin qəlbində, ürəyində İlham Əliyevin abidəsi qoyulub.

Ümumtəhsil məktəblərinin və körpələr evi və uşaq bağçasının açılışında millət vəkili Mübariz Qurbanlı və Rövşən Rzayev, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib, əlamətdar gün münasibətilə daşkəsənlilərə təbriklərini çatdırmışlar. Adları məktəblərə verilmiş şəhid ailələrinin valideynləri Daşkəsən rayonuna göstərdiyi yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını, hörmət və ehtiramlarını bildirmişlər. Qeyd etmişlər ki, Azərbaycan xalqının İlham Əliyev kimi dünya şöhrətli siyasətçiyə böyük ehtiyacı vardır. Bu tək bizim yox, vətənini, xalqını sevən  hər bir kəsin istəyidir, arzusudur, ürəyinin hökmüdür.

Keçidlər