Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Quytul kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

04 oktyabr 2018 | 16:00

Təsdiq olunmuş qrafikə uyğun olaraq  Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Quytul kəndində keçirilib. 
Görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən bütün ölkə ərazisində, o cümlədən Daşkəsəndə həyata keçirilən irimiqyaslı abadlıq və quruculuq işləri, əhalinin sosial və iqtisadi problemlərinin kompleks həlli istiqamətində icra olunan dövlət proqramları və cari işlər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət sahəsində xidmətləri, ölkə rəhbərinin uğurlu daxili və xarici siyasəti barədə sakinlərə geniş məlumat verib.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev xüsusilə qeyd edib ki, həyata keçirilən abadlıq-quruculuq işlərində başlıca məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların firavan həyat şəraitinin təmin olunmasına dair göstərişlərini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirməkdən ibarətdir.
Sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin icrası ilə bağlı rayon rəhbəri Əhəd Abıyev aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib.
Kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər