Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ AŞURA MƏRASİMİ KEÇİRİLƏRƏK EHSAN SÜFRƏSİ AÇILIB

20 sentyabr 2018 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Aşura gününün mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri aparılıb.
Sentyabrın 20-də səhər saatlarından başlayaraq dini inanclı rayon sakinləri Daşkəsən şəhər “Cümə” məscidinin həyətində keçirilən Aşura mərasiminə gəliblər.
Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə təcili tibbi yardım briqadası, mühafizə təşkil olunub, ziyarətgahlara getmək istəyən sakinlər üçün avtobuslar ayrılıb.
Mərasimdə iştirak edənlər bütün şəhidlərin əziz ruhuna rəhmət oxuyub, dövlətimizə və ölkə Başçısına dualar ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev də Daşkəsən şəhər “Cümə” məscidinin həyətində keçirilən Aşura mərasimində olub, nitq söyləyib.
O, çıxışında deyib:
- Müqəddəs İslam dini milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxmışdır. Əsrlərdir xalqımız İslam dini ilə bağlı müxtəlif ayinlər, mərasimlər icra edir. Bu mərasimlərin icrasında müəyyən dəyişikliklər olsa da, amma onların əsas məzmunu qalmaqdadır.
Çünki dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası həm də Azərbaycanda milli ruhun yüksəlməsini, adət-ənənələrimizin qorunmasını təmin etmişdir. Ulu Öndər tərəfindən əsası qoyulan dövlət-din siyasəti bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla aparılır, milli-mənəvi dəyərlərimizin yaşadılmasına dövlət səviyyəsində qayğı göstərilir. Belə ki, bütün dini abidələr, məscidlər qorunur, bərpa edilir, yenidən tikilir, dindarlar üçün lazımi şərait yaradılır, milli-mənəvi irsimizin təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Biz respublikamızın bugünkü sabitliyinə, əmin-amanlığına və inkişafına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Bu gün ölkəmizdə, o cümlədən də Daşkəsən rayonunda dini mərasimlərin keçirilməsində heç bir maneə yoxdur, dövlətimiz tərəfindən dini mərasimlərin keçirilməsi üçün hər cür köməklik göstərilir.
Məhərrəmlik mərasimləri də tarixi adət-ənənələrimizə söykənir. Daşkəsənlilər həmişə  dövlətçiliyə, milli-mənəvi dəyərlərimizə sədaqət nümayiş etdiriblər, rayonumuzda da bütün dini mərasimlərin icrası zamanı ənənəvilik, müasirlik prinsiplərinə, adət-ənənələrimizə riayət edilir.
Uca Allahdan bütün şəhidlərə rəhmət diləyirik.
Rayon rəhbəri Əhəd Abıyev mərasim iştirakçılarını Aşura günü ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsinə dəvət edib.
Mərasimdə çıxış edən Daşkəsən rayon “Cümə” məscidinin imamı Fariz Hüseynov Aşura gününün mahiyyətindən geniş söhbət açıb, yaradılan şəraitə, ölkəmizdəki əmin-amanlığa, göstərilən diqqətə görə Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və ailəsinə minnətdarlıqla  dualar edib.
Sonra şəhid ailələrinin, əlil və müharibə veteranlarının, tənha ahılların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi açılıb.
Rayon sakinləri dini mərasimlərin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya dualar ediblər, öz razılıqlarını bildiriblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar
                 məsələlər şöbəsinin müdir müavini –
        dini qurumlarla işin təşkilatçısı

Keçidlər