Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ASTAF KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

12 sentyabr 2018 | 16:00

Sentyabrın 12-də növbəti səyyar qəbul rayonun Astaf kəndində keçirilib.

Açıq havada baş tutan qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev keçirilən səyyar qəbulların başlıca məqsədinin ortaya çıxan problemlərin yerində öyrənilməsi, onların həlli istiqamətində kompleks addımların atılması olduğunu qeyd edib.

Belə görüşlərin ölkə Başçısı çox hörmətli cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən Əhəd Abıyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Əvvəlcə son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Əhəd Abıyev ötən dövr ərzində Astaf kəndində də xeyli abadlıq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.  O xüsusilə bildirib  ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda da tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir

Sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib.

Hər bir sakinin probleminə diqqətlə yanaşan Əhəd Abıyev müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Elmar VÜQARLI
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər