Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ FERMERLƏR ŞURASININ BİRİNCİ İCLASI KEÇİRİLİB

03 sentyabr 2018 | 16:00

Sentyabrın 3-də Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında rayon fermerlərinin iclası keçirilib.
İclasın sədri, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev yaradılacaq Fermerlər Şurasının əhəmiyyətini qeyd edərək vurğulayıb ki, artıq fermerlərin təkliflərini, eləcə də qarşıladıqları problemlərini bir başa deyə biləcəkləri ünvan – Fermerlər şurası var. Aqrar rayon olan Daşkəsəndə də belə bir qurum yaradılması çox sevindirici haldır.
Azər Hacıyev bildirib ki, Şura fermerlərin təklif və ehtiyaclarını asanlıqla aidiyyəti təşkilatlara çatdırılması, ən əsası isə təsərrüfatların daha da inkişaf etdirilməsi işində mühüm rol oynayacaqdır. Fermerlər Şurasının verdiyi imkanlarından istifadə etməklə fermerlər rayonda aqrar sahədə mövcud problemləri müzakirə edib onların həlli üçün qəbul etdikləri məqsədəuyğun təkliflərini Kənd Təsərrüfatı Nazirliyinə təqdim edə və bu sahədə hüquqi tənzimləmənin həyata keçirilməsində öz töhfələrini verə bilərlər.
  Daşkəsən rayon Fermerlər Şurasının sədri Vaqif Əliyev isə diqqətə çatdırıb ki, rayonda fermerlərin inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi məqsədilə aqrar sahədə fermerlər tərəfindən innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastrukturun tətbiqinə, kooperativlərin yaradılmasına,  inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılmasına, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılmasına, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünə, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılmasına, kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsinə, kooperativlərin istehsal vasitələrinə tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsinə böyük ehtiyac vardır və bu sadalan tədbirlərin həyata keçirilməsi üçün Fermerlər Şurasının qarşısında mühüm vəzifələr durur. 
Geniş müzakirə şəraitində keçən iclasda ölkədə aqrar islahatların uğurla davam etdiyi bildirilib və  möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərin həlli yollarını birgə axtarmaq məqsədilə yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması yüksək qiymətləndirilib.
Qarşıda duran vəzifələrdən söz açan daşkəsənli fermerlər görülən işlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

Keçidlər