Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Çıraqlı və Almalı kənd sakinləri ilə növbəti səyyar qəbulunu keçirib
Sentyabrın 5-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu keçirilib.
Qəbulda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev əvvəlcə Daşkəsənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, o cümlədən son illər həmin ərazidə görülmüş işlər barədə danışaraq bildirib ki, əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da davam etdiriləcəkdir.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Sakinlər kəndə gələn avtomobil yolunun cari təmir olunması, ev tikintisi üçün torpaq sahəsinin ayrılması, qaz xəttinin çəkilməsi və digər məsələlər barədə müraciətlər ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həll edilməsi məqsədilə əlaqədar qurumlara aidiyyəti tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı