Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTİ DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEVLƏ GÖRÜŞÜB

03 sentyabr 2018 | 16:00

KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi, Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsini Gəncə-Qazax regionunda həyata keçirir. Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl rayonlarında və Gəncə şəhərində “Fəaliyyət Planı”na əsasən ölkələr arasında mübadilə proqramı da həyata keçirilib. 01-06 avqust tarixlərdə Azərbaycan nümayəndə heyəti Gürcüstanın Kvemo-Kartli bölgəsində regionun turizm potensialı ilə tanış olub. Növbəti mübadilə proqramı isə Gürcüstan nümayəndə heyətinin iştirakı ilə 30 avqust – 04 sentyabr tarixlərində təşkil edilib.
Sentyabrın 3-də Gəncə-Qazax regionunda keçirilən səfərin beşinci gününün proqramına əsasən Gürcüstan nümayəndə heyəti Daşkəsən rayonunda qonaq olub. Qonaqlar əvvəlcə Daşkəsən rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. 
Nümayəndə heyətini Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qəbul edib.  Rayon rəhbəri  qonaqlara Daşkəsən rayonu haqqında ətraflı məlumatlar verərək diqqətə çatdırıb ki, vaxtilə Daşkəsəndən çıxarılan filiz konsentratı Gürcüstanın Rustavi şəhərində metallurgiya zavoduna xammal kimi  göndərilirdi. Odur ki, Rustavi şəhəri ilə Daşkəsən rayonu arasında indi də sıx münasibətlər vardır.
Xalqlarımız arasında hər zaman mövcud olmuş bu gün daha da yüksələn xətlə uğurla inkişaf edən səmimi dostluq münasibətlərindən söhbət açan Əhəd Abıyev çıxışında həmçinin Daşkəsən rayonun böyük turizm potensialına malik olduğunu və bu istiqamətdə işlərin “Yeni Daşkəsən” layihəsinə uyğun şəkildə yüksək səviyyədə aparıldığını bildirib.
KODA İcma Təhsil Mərkəzinin direktoru, layihə rəhbəri Madona Oqropiridze səmimi şəkildə, yüksək qonaqpərvərliklə qəbul edildiklərinə və verilən dəstəyə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. O qeyd edib ki, layihənin icrası hər iki ölkənin həmsərhəd iqtisadi rayonlarının turizminə böyük töhfə olmaqla yanaşı, qarşılıqlı münasibətlərin inkişafında rol oynayacaqdır.
Görüş iştirakçıları  Azərbaycan və Gürcüstan respublikaları arasında tarixən mövcud olan sıx dostluq münasibətlərindən danışıb və hədiyyələr təqdim ediblər.
Daha sonra gürcü qonaqlar Daşkəsənin ecazkar təbiəti, o cümlədən filiz və mərmər mədənləri ilə tanış olub, Xoşbulaq kəndinə yollanıblar.
Sonda qonaqlar onlara göstərilən yüksək qonaqpərvərlik və isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər