"Uğurdan Gələcəyə" layihəsinin yay düşərgəsinə qalib seçilən şagirdlərin təqdimatı keçirilmişdir
15 avqust 2018-ci il tarixdə Daşkəsən rayon Təhsil şöbəsinin akt zalinda Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqənin qalibi "Uğurdan Gələcəyə" layihəsinin rəhbəri Təhsil Nazirliyinin meneceri Səbinə xanım Qədirova yay düşərgəsinə qalib seçilən şagirdlərin təqdimatını keçirmişdir.
Bu il IX sinif buraxılış imtahanlarında Daşkəsən rayonu üzrə yüksək nəticə göstərən 6 şagird düşərgənin qalibi seçilib. Həmin şagirdlər 3 gün Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində yay düşərgəsində olacaqlar.
Bundan əlavə buraxılış imtahanlarında rayon məktəblərində yüksək nəticə göstərən 25 nəfər digər şagird layihə rəhbərliyi tərəfindən “Fəxri fərmanla” mükafatlandırılmışlar.
Daha sonra Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Cavan” Gənclər Hərəkatı İctimai birliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İndi Başla – Tələbənin yayı” adlı layihəsi çərçivəsində 600 baldan yüksək nəticə göstərən abiturientlərlə "Uğurdan Gələcəyə" layihəsinin qalibi olan şagirdlərinin görüşü təşkil olunmuşdur.
Məhz bu gün Dövlət İmtahan Mərkəzinin saytında nəticələri elan olunaraq yüksək balla tələbə adı qazanan abuturiyentlərlə IX sinif buraxılış imtahanlarında Daşkəsən rayonu üzrə yüksək nəticə göstərən şagirdlərin görüşü səmimi bir atmosferdə keçirildi. Tələbə adı qazanan gənclər hələ orta məktəbdə təhsillərini davam etdirən yoldaşlarına ali məktəbə qəbul olmaq üçün keçdikləri çətinliklərdən danışdılar və öz təcrübələrini bölüşdülər.
Lənkəran rayonunun Gəgiran kənd məktəbində tarix fənni üzrə dərs deyən gənc müəllim Həbib Əlizadə də öz dərs metodikası və şagirdlərə fərqli yanaşması barədə ətraflı məlumat vermişdir.