Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV AVQUSTUN 8-DƏ ZİVLAN KƏNDİNDƏ SAKİNLƏRİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRMİŞDİR

09 avqust 2018 | 16:00

Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında müntəzəm olaraq kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirmişdir. Qeyd etmişdir ki, ötən dövrlərdə Çanaqçı kəndinə gələn yolda təmir işləri aparılmış, mövcud olan bəzi problemlər aradan qaldırılmışdır. 

Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər Zivlan-Çanaqçı kəndlərarası yolun təmiri, işlə təmin olunma, elektrik dirəklərinin təmiri  və digər şəxsi məsələlər ilə bağlı olub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə  qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib, bir neçəsi isə yerində həll edilib.

Kənd sakinləri  onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

Keçidlər