Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Dəstəfur kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir.

19 iyul 2018 | 16:00

İyulun 19-da Dəstəfur kəndində keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edərək Daşkəsən rayonunun bugünkü hərtərəfli inkişafı barədə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icrası çərçivəsində rayonda, eləcə də Dəstəfur kəndində əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülmüşdür.
Rayon rəhbəri xüsusilə bildirmişdir ki, ötən dövrlərdə Dəstəfur kəndinə gələn avtomobil yolunda olan körpü əsaslı təmir edilmiş, bir çox abadlıq-quruculuq tədbirləri həyata keçirilmiş, ən əsası isə sakinlər tərəfindən qaldırılan problemlərin həll edilməsi üçün mühüm addımlar atılmışdır. Bununla belə sel suları kənd yollarında yenə nəqliyyatın hərəkətini çətinləşdirmiş, biçənək sahələrinə gedən yolun körpüsünün yararsız hala düşməsi barədə məlumatlı olduğunu bildirdi. Problemlərin həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığı barədə sakinlərə məlumat verdi.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini dinləmiş və qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyəti üzrə öz tövsiyə və tapşırıqlarını vermişdir. Müraciətlərin bir qismi yerindəcə öz müsbət həllini tapmışdır.
Qəbulda çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin  minnətdarlıqlarını bildirmişlər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər