Daşkəsənli məktəbli diploma layiq görülüb
1 iyun “Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in birgə təşkilatçılığı əsasında Milli Məclisdə uşaqların iştirakı ilə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda tədbir keçirilib. Milli Məclisin foyesində uşaqların əl işlərindən ibarət “Mənim Azərbaycanım” adlı sərgi də nümayiş olunub.
“Mənim Azərbaycanım” mövzusu üzrə "Daşkəsən abidələri" rəsmləri ilə rayonumuzu təmsil edən Daşkəsən şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aysun Qurbanlı uğurlu iştirakına görə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomuna layiq görülüb.
Diplomu və öz adından hədiyyəni məktəbliyə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təqdim edərək Aysun Qurbanlıya uğurlarının davamlı olmasını arzulayıb.