Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi gənclərlə görüş keçirib

28 iyun 2018 | 16:00

İyunun 28-də  Avropa Komissiyası tərəfindən Erasmus+  Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunan  “Gələcəyə Körpü" Gənclər İctimai Birliyi daşkəsənli gənclər üçün maarifləndirici seminar təşkil edib. 
Seminarda Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə və fəal gənclər iştirak ediblər.
Giriş nitqi söyləyən Elmar Əliyev Mərkəzin işinə uğurlar arzulayıb və Daşkəsən gənclərini Proqramın imkanlarından daha çox yararlanmağa çağırıb.
Mərkəzin koordinatoru Hüseynxan Hacızadə Daşkəsən gənclərinə Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzinin nə üçün yaradılması, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyi haqqında geniş məlumat verib.
Sonda gənclər Məlumat Mərkəzindən olan gözləntilərini, ehtiyaclarını və verə biləcək töhfələri müəyyənləşdirmək məqsədilə müzakirələr aparıblar.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər