Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində təlim keçirilib

20 iyun 2018 | 16:00

İyunun 20-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin birgə həyata keçirdikləri “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstan sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində təlim keçirilmişdir.
Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunur. Layihənin əsas məqsədi ümumi sosial və iqtisadi inkişaf problemlərinin birgə həll yollarına dəstək vermək üçün yerli icra hakimiyyəti orqanları, icmalar və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqələrin və biznes imkanlarının gücləndirilməsi yolu ilə yaşayış şəraitinin yaxşılaşdırılması Azərbaycan və Gürcüstanın turizm təşəbbüsləri haqqında daha çox məlumatların əldə edilməsidir.
Təlimdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, turizm sektorunda çalışanlar, hotel işçiləri, kənd bələdiyyələri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdçi olmaq istəyən gənclər iştirak ediblər.
Layihənin rəhbəri Məleykə Əlizadə və eksperti Arzu Həsənov çıxışlarında Daşkəsən rayonunda turizmin bugünkü vəziyyətini təhlil etmiş, iqtisadiyyatda turizmin rolu haqqında ümumi məlumat vermiş, turizmin inkişafını şərtləndirən təbii, sosial-iqtisadi, demoqrafik, ekoloji xüsusiyyətlərdən, regionlarda turizm sahəsinin inkişafı məqsədi ilə mövcud problemlərin müəyyən edilməsi və onların həlli yollarından, Daşkəsənin turizm potensialından, ehtiyatların qiymətləndirilməsindən, reklam-informasiya təminatının həyata keçirilməsindən, peşəkar bələdçilərin hazırlanmasından, hostellərin yaradılmasının həm də əhalinin məşğulluq, sosial və iqtisadi problemlərinin həllinə dəstək verəcəyindən söhbət açmışlar.
Digər çıxış edənlər isə Daşkəsənin tarix-mədəniyyət, təbiət abidələrinin, zəngin dağlıq  landşaftının, flora və faunasının bölgədə turizmin inkişaf etdirilməsi üçün xüsusi böyük çəkiyə malik olduğunu qeyd etdilər.
Təlimin sonunda kənd turizmini inkişaf etdirmək üçün müvafiq pilot kəndlər seçildi, işçi qrupu yaradıldı.
Elmar Vüqarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər