Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib

07 iyun 2018 | 16:00

İyunun 7-də Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı Daşkəsəndə talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Aksiyasının keçirilməsində əsas məqsədlərdən biri də tədarük olunan qan ehtiyatını artırmaqdır.
Respublika Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı onlardan qan analizi götürülərək əvvəlcədən müəyyənləşdirilib.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, o cümlədən vətəndaşlıq borcu olduğunu bildiriblər.
Səhər saat 10-dan axşam 17-dək davam edən aksiya zamanı 300 nəfərdən çox könüllü müayinədən keçib, onların 170 nəfərindən qan götürülüb.
Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər