Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV MOLLAHƏSƏNLİ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

15 may 2018 | 16:00

Mayın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təsdiq edilmiş qrafikə uyğun olaraq Mollahəsənli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və  xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev giriş nitqində möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Daşkəsən rayonun da bütün sahələrində inkişafın olduğunu və genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edərək sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin daim həyata keçirildiyini bildirib.
Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, kənd ərazisində nasaz elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, kənddə tibb məntəqəsinin açılması, kənd avtomobil yollarının asfaltlaşdırılması, Əhmədli kəndinə qaz xəttinin çəkilməsi və şəxsi məsələlərə dair müraciətlər etmişlər.
  Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev  səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir. Qəbul zamanı kənd sakinlərini maraqlandıran digər məsələlər barədə də söhbətlər aparılmışdır.
Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər