Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ 9 MAY – QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANI İLƏ EVİNDƏ GÖRÜŞ KEÇİRİLİB

09 may 2018 | 16:00

Daşkəsən rayonunda müharibə iştirakçılarına həmişə böyük diqqət və qayğı göstərilir. Rayon İcra Hakimiyyəti  digər əlaqədar təşkilatlar ilə birlikdə müharibə veteranlarının problemlərinin həllinə, onların müalicəsinin təşkilinə daim yaxından köməklik göstərir.

Hazırda rayonda 1 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır.
Mayın 9-da Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin təşkilatçılığı əsasında ictimaiyyət nümayəndələri İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 73 illiyi münasibəti ilə Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Böyük Vətən müharibəsi veteranı İdris Əhmədovun bayramını evində təbrik ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin təbriklərini və bayram hədiyyəsini  93 yaşlı İdris Əhmədova çatdıran Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev görüşdə deyib: ”Bəşər tarixində ən dəhşətli və qanlı savaş olmuş bu müharibədə Azərbaycan xalqı da başqa xalqlarla çiyin-çiyinə dözüm, cəsarət, yenilməzlik və igidlik nümayiş etdirib. Müharibə dövründə 700 min həmvətənimiz cəbhəyə gedib, onların yarıdan çoxu döyüş meydanlarında qəhrəmancasına həlak olub. 130-a yaxın həmvətənimiz Böyük Vətən müharibəsi illərində göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Ölkəmiz üçün o mürəkkəb və çətin dövrdə Bakıdakı sənaye müəssisələrinin əksəriyyətində hərbi məhsullar buraxılırdı. Bu müəssisələrdə 130 növdən çox silah və sursat istehsal olunurdu. Cəbhənin neft və neft məhsulları ilə əsas təchizatçısı məhz Azərbaycan idi. Bütün ölkədə istehsal edilən yanacağın 80 faizi respublikamızın payına düşürdü. Sovet xalqının böyük qəhrəmanlığı haqqında nurlu xatirələr Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir. 9 May günü bizdə əvvəlki kimi, ölkənin ən mötəbər dövlət bayramı olaraq qalır. Müharibə və əmək veteranları dövlətimizin gündəlik qayğısını hiss edirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev veteranların sosial müdafiəsi məsələsini daim öz nəzarətində saxlayır: veteranlara prezident təqaüdü ödənilir, müntəzəm olaraq onlara mənzil və avtomobillər ayrılır, digər güzəştlər şamil edilir”.
Sağlamlıq durumu yerində olan veteranla çay süfrəsi arxasında səmimi söhbət aparılıb. Müharibə illəri ilə bağlı xatirələrini bölüşən Berlinə qədər döyüş yolu keçmiş İdris Əhmədov ona hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib. O əminliklə bildirib ki, tezliklə qüdrətli ordumuz Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşmən işğalından azad edəcəkdir.
Sonda veteranla xatirə şəkli çəkilib.

Elmar Vüqarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər