Daşkəsən Rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib
Mayın 7-də Daşkəsən Rayon Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə ulu öndərin şərəfli ömür yoluna həsr olunmuş tədbir keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti ilə Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında keçirilən tədbirdə mədəniyyət, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva tədbiri açaraq ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. O həmçinin bildirib ki, tədbirin başlıca məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyi və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş ulu öndər Heydər Əliyevin vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və zəngin irsinin gənc nəslə aşılanması və öyrədilməsidir.
Sonra söz yaradıcı kollektivlərə verilib
Poeziya dərnəyinin üzvləri "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Daşkəsən rayon uşaq incəsənət məktəbinin instrumental ansamblının və rəqs qrupunun üzvləri isə rəngarəng konsert proqramlarını nümayiş etdiriblər.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar sərgilənmişdir.
Elmar Vüqarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü