Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

13 aprel 2018 | 16:00

16 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 11:00-da Daşkəsən rayon Dövlət Arxivinin binasında Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon  sakinlərinin qəbulunu keçirəcəkdir.
Qəbuldan sonra Daşkəsən rayon Heydər Əliyev Mərkəzində rayonun 60 nəfərdən çox fəal qadını ilə görüşün keçirilməsi planlaşdırılır.
Görüş çərçivəsində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcəkdir.

Keçidlər