Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının martın 28-də rayonun Zəylik kəndində vətəndaşlara növbəti səyyar qəbulu keçirilib

28 mart 2018 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə rayonun ayrı-ayrı qəsəbə və kəndlərində yerli sakinlərin iştirakı ilə mütəmadi olaraq səyyar qəbullarını davam etdirir. Belə görüşlər mövcud problemlərin həllinə öz müsbət təsirini göstərir.
Növbəti səyyar qəbul martın 28-də rayonun Zəylik kəndində keçirilib. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak etmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev görüşün əvvəlində son illər ölkəmizdə, rayonda və Zəylik inzibati ərazi dairəsində  görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi.
Əhəd Abıyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Daşkəsən rayonunda həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrinin həyata keçirilməsindən, əhalinin məşğulluğun yüksək səviyyədə  təmin olunması məqsədi ilə yaradılmış yeni iş yerlərindən, abadlıq, quruculuq, yenidənqurma işlərindən geniş söz açdı. Qeyd etdi ki, bu il Daşkəsən şəhərinin əhalisinin fasiləsiz içməli su təminatının yaxşılaşdırılmasının başa çatdırılması, Daşkəsən-Əmirvar-Qabaqtəpə  avtomobil yolunun əsaslı yenidənqurması,  rayon Quşçu və Bayan kəndlərinin qazlaşdırılması nəzərdə tutulub, eyni zamanda əhalinin elektrik enerjisi, təbii qaz, içməli su təminatı daim diqqətdə saxlanmaqla günü-gündən yaxşılaşdırılmaqdadır.
Sonra qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirib, həmçinin onları narahat edən mövcud problemlərə toxunublar. Məlum olub ki, kənddə tibb məntəqəsinin, uşaq bağçasının açılması, Quşçu-Zəylik avtomobil yolunun təmiri, qonşu Alunitdağ qəsəbəsindən bu kəndə də qaz xəttinin çəkilməsi, kənd mədəniyyət evinin təmiri, əhalinin mal-qarasının otarılması üçün sakinlərin özləri tərəfindən qanunsuz zəbt olunaraq çəpərlənmiş ərazilərin sökülməsi, vətəndaşın pay torpağının yerinin dəyişdirilməsi və digər problemlər sakinləri ən çox narahat edən məsələlərdəndir.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəzilərinin həlli ilə bağlı aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzilərinə qanunamüvafiq cavablar verilmiş, bəziləri isə yerində müsbət həll edilmişdir.

Keçidlər