Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNLİ MƏKTƏBLİLƏR NÖVBƏTİ “ÖLKƏMİZİ TANIYAQ” MAARİFLƏNDİRİCİ TUR-AKSİYASINA QOŞULUBLAR

26 mart 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilib.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiyaya daşkəsnli məktəblilər  26 mart tarixində qoşulublar.
Daşkəsən Rayon İcra Hakimiyyəti əməkdaşlarının, təhsil şöbəsi işçilərinin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayonun Heydər Əliyev meydanında təntənəli yolasalma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov bildirib ki, bu aksiyalar gənclərimizə respublikamızın tarixini dərindən öyrənmək imkanı yaradır.
N.Süleymanov onu da xüsusilə vurğulayıb ki, məktəblilərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, möhtətəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində əyani tanış olurlar.
Yolasalma mərasimində çıxış edən valideynlər məktəblilərə uğurlar arzulayaraq, ölkəmizi daha yaxından tanımaq üçün onların övladlarına yaradılan şəraitə və şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda böyüməsi üçün mühüm əhəmiyyət kəsb edən belə tur-aksiyaların təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı orta məktəbin 9-cu sinif şagirdi Arzu Əlizadə daşkəsənli məktəblilər adından çıxış edərək sevincini bizimlə belə bölüşüb: “Səfərimizin maraqlı və faydalı olacağına inanırıq. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi zənginləşdirmək imkanı yaradacaqdır. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimimizə əminik”.
Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 26-29 mart 2018-ci il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar. Qrupa daxil olan şagirdlərə 4 gün ərzində gedəcəkləri rayonlardakı tarixi.
Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən  40 məktəblidən ibarət qrup Qəbələ rayonuna yola düşüblər.

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər