DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ TAPAN KƏNDİNDƏ VƏTƏNDAŞLARLA SƏYYAR QƏBUL – GÖRÜŞÜ KEÇİRİLİB
Fevralın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Qabaqtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayandəliyinin Tapan kəndində sakinlərlə səyyar qəbul keçirmişdir.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət sahələrinin rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitlikdən, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Daşkəsəndə həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb.
Əhəd Abıyev xüsusilə vurğulayıb ki, rayonun sərhəd cəbhə bölgəsində, işğal altında olan ərazilərimizə gedən yolda Çoşqunçay və Əyriçay çayları üzərində 2014-cü ilin sentyabr ayında tikintisinə başlanılmış, 9 mindən nəfərdən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən, 2 ədəd müasir körpünün 2015-cilin dekabrın 24-də - möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ad günündə rayon ictimaiyyətinin iştirakı ilə təntənəli surətdə açılışı olmuşdur. İcra Başçısı deyib ki, vaxtı ilə bu körpülərin olmaması səbəbindən ilin müxtəlif vaxtlarında yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri, sakinlərin gediş-gəlişi çay daşqınlarına və sel sularına görə dayanırdı, qəza halları baş verirdi. Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun üzərində Qabaqtəpə kəndi ərazisində tikilmiş 2 ədəd müasir tipli körpünün istifadəyə verilməsi nəticəsidə hələ sovetlər dövründən uzunmüddətli problem olaraq qalan bu məsələ artıq tamamilə öz həllini yüksək səviyyədə tapmışdır.
Görüşdə kənd sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub. Sakinlər tərəfindən məktəbin təmiri, istismara yarasız elektrik dayaqlarının və naqillərin dəyişdirilməsi, , kənddə tibb məntəqəsinin yaradılması, təbii qaz xəttinin, genişzolaqlı internet xəttinin çəkilməsi kimi müraciətlər səsləndirilib.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Tapan kənd sakinlərini narahat edən problemləri dinləyib, qaldırılan məsələlələrin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən bu kimi tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü