Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

30.08.2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov növbəti vətəndaş qəbulu keçirib

30 avqust 2024 | 14:40

Avqustun 30-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib. İcra Hakimiyyəti başçısı müavinlərinin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbulda 25 vətəndaş iştirak edib.

İcra başçısı Orxan Abbasov fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən işlə təmin olunma və digər sosialyönümlü məsələlərlə bağlı olub.

Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah edilib, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllinə dair tapşırıqlar verilib, digər mövzularla bağlı isə aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara  tövsiyə edilib.

Keçidlər