30 noyabr 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib.
30 noyabr 2023-cü il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib.
RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİHB-nin müavini Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gəncə-Daşkəsən regional Məşğulluq Filialının, rayon Polis şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun, Daşkəsən rayon Statistika idarəsinin, Daşkəsən rayonu üzrə Maliyyə şöbəsinin, Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin Daşkəsən rayonu üzrə Gənclər və İdman sektorunun , Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin Daşkəsən rayon şöbəsinin, ƏƏSMN-yi tabeliyində DSMF-u publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Monitorinq şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə -Daşkəsən regional şöbəsinin və Daşkəsən rayon bələdiyyələr şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü bildirib.
V.Məmmədov qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş məlumatlar emal edildikdən sonra müvafiq rayonlar üzrə məşğulluğa dair qiymətləndirmə cədvəli və əmək müqavilələrinə dair məlumat cədvəli dövri olaraq təqdim edilir.
Xidməti istifadə üçün emal edilmiş Daşkəsən rayonu üzrə məşğulluğa dair qiymətləndirmə cədvəli və hesabat dövrü ərzində rayon üzrə əmək müqavilələrinə dair 2023-cü ilin 9 ayının yekun məlumat cədvəli Komissiyanın katibliyi tərəfindən hələki bizə göndərilməmişdir.
2023-cü ilin makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
2003-cü ilə nisbətdə 2023-cü ilin 9 ayında ilkin göstəricilərə əsasən müqayisəli qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 2,3 dəfə, sənaye 35,6 faiz, əsas kapitala yönəldilmiş vəsait 438,1 dəfə, ondan tikinti-quraşdırma işləri 104,1 dəfə, kənd təsərrüfatı 54,3 faiz artmışdır;
2003-2023-cü 9 ayında 4841 daimi olmaqla 6772 yeni iş yeri açılmışdır;
Daşkəsən rayon İcra Hakimiyyəti üzrə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsi ilə razılaşdırılmış və “DOST İŞ Mərkəzi” MMC tərəfindən təqdim olunan 217 nəfər işsiz şəxslə müvafiq qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə cəlb olunmuşlar. Həmin işçilərin müqavilələri davam etdirilir.
Rayonda sənayenin əsasını mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir.
Ümumilikdə ictimai işlərlə məşğul olanların fəaliyyətinə Rayon İcra Hakimiyyəti tərəfindən nəzarət gücləndirilmişdir.
Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilmiş, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüqiqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılmış, bu sahədə bir sıra layihələr həyata keçirilmişdir.
Rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən dəmir və alunit filiz yataqlarının işə salınması əsas vəzifə kimi qarşıda durur. Bütün bu məsələlərin həlli vəziyyəti Rayon İcra Hakimiyyətinin daimi nəzarətində saxlanılır.
Müəssisələrin işə salınması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vaxtaşırı olaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır. Bu müəssislər işə düşdükdən sonra Daşkəsən rayonunda, eyni zamanda bölgədə olan işsizlik problemi həll ediləcəkdir.
İclasda mövzu ilə bağlı komitə üzvləri tərəfindən fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.