Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Müasir Azərbaycan dövlətçiliyində Xalq Cümhuriyyəti ənənələri” mövzusunda tədbir keçirib.

14 fevral 2018 | 16:00

Fevralın 14-də Ombudsmanın Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Daşkəsən şəhər A.Mürsəlov 2 saylı orta məktəbdə müəllim və şagird kollektivinin, Gənclər və İdman idarəsinin əməkdaşlarının, fəal gənclərin iştirakı ilə “Müasir Azərbaycan dövlətçiliyində Xalq Cümhuriyyəti ənənələri” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsinin böyük əhəmiyyətini vurğulayaraq Ombudsman aparatının əməkdaşlarına bu istiqamətdə tədbir keçirtdiklərinə görə təşəkkürünü bildirib və 2018-ci ilin bir çox hadisələrlə, Daşkəsən rayonunun yaradılmasının 70 illiyi ilə də əlamətdar olduğunu vurğulayıb.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışında deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Həmin sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar bu il ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Ombudsman təsisatı da “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində müsəlman şərqinə hüquqi-demokratik quruluşu ilə örnək olmuş Azərbaycan Xalq Cümhuriyyətinin insan hüquqları baxımından mütərəqqi tarixi fəaliyyəti, eləcə də müasir Azərbaycan Respublikasında insan hüquqları və demokratik islahatlar çərçivəsində həyata keçirilən işlər barədə əhalinin maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər həyata keçirməkdədir.
Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılmasının məhz Ümumilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən Səbuhi Abbasov bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərimizin şərəfinə abidələr ucaldıldığını, onların xatirəsinin əbədiləşdirildiyini, adlarına küçə, prospekt və qəsəbələr salındığını, görkəmli xadimlər haqqında sənədli filmlər çəkildiyini, xarici ölkələrdəki məzarlarının abadlaşdırıldığını diqqətə çatdırıb.
Tədbirdə həmçinin qarşıdan gələn Xocalı soyqrımının 26-cı ildönümü ilə əlaqədar Ombudsman hörmətli Elmira Süleymanova tərəfindən 12 fevral 2018-ci il tarixdə dünyanın nüfuzlu təşkilatlarına bəyanat ünvanlandığı, bəyanatda erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı zaman-zaman məqsədyönlü şəkildə davam etdirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ifşa edildiyi və Xocalı soyqrımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsinə çağırışın olduğu da diqqətə çatdırılıb.
Daha sonra Gənclər və İdman İdarəsini rəisi  Samir Həsənov, Rayon İcra Hakimiyyətinin məsul işçisi Kənan Qurbanov və digərləri çıxış ediblər.
Tədbir mövzu ilə bağlı  müzakirələrlə yekunlaşıb.

Keçidlər