Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Gənclər günü qeyd olunmusdur

02 fevral 2018 | 16:00

2 fevral 2018-ci il tarixdə Daşkəsən şəhər Mədəniyyət mərkəzində Azərbaycan Gəncləri gününün 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə rayonun bütün idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, eyni zamanda məktəblilər də iştirak etmişlər.
Rayon Gənclər və İdman idarəsi rəisi Samir Həsənov rayon Gənclər və İdman  idarəsinin  kollektivi adından 2 fevral  Azərbaycan  gəncləri  gününün  21-ci  ildönümü münasibəti ilə toplantı iştirakçılarını səmimi qəlbdən təbrik etmişdir.
Daha sonra 2017-ci ildə idarə tərəfindən görülən işlər barədə hesabat xarakterli  məruzə ilə çıxış edərək bildirmişdir ki, XX əsrdə  Azərbaycan xalqının  tərəqqisi və sivil dünyaya qovuşması üçün müstəsna tarixi xidmətlər göstərmiş dünya şöhrətli siyasətçi və dövlət xadimi Ümummilli liderimiz Heydər Əliyevin xalqa arxalanan, ondan güc alan fəaliyyətində gəncliyə münasibəti həmişə xüsusi seçilmişdir. Bu böyük insan respublikamızın inkişafını heç vaxt gənclərsiz təsəvvür etməmiş, gəncliyin parlaq zəkasını, qaynar və  tükənməz  enerjisini vətənimizin hərtərəfli yüksəlişinə  səfərbər etmişdir.
Bu gün Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır.
Respublikamızin hər yerində Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Respublikanın hər bir şəhər və rayonunda yüksək səviyyədə quruculuq və abadlıq işləri aparılır. Hörmətli başçımız cənab  Əhəd Abıyevin rəhbərliyi ilə qısa müddət ərzində rayonda iri miqyaslı quruculuq, abadlıq işləri görülmüş və hazırda da davam etdirilir. Rayon ərazisində inşa olunmuş orta ümumtəhsil məktəbləri, əsaslı təmir olunan uşaq bağçaları, şəhər küçələrinin asvaltlaşması, kənd yollarının asvatlaşması, rayonun su təsərrüfatının yenidən qurulması, dam örtüklərinin dəyişdirilməsi, şəhərdə aparılan abadlıq, quruculuq işləri buna əyani misaldır.
    Samir Həsənov xüsusi ilə qeyd etmişdir ki, 17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Respublikanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə rayonumuza tarixi səfər etmiş, Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, müasir avtovağzal binasının, Daşkəsən rayon Gənclərinin Təlim və İstirahət Mərkəzinin açlışında iştirak etmişlər. Təlim və İstirahət Mərkəzinində gənclər üçün hər cür şərait yaradılmışdır.
      Sözün əsl mənasında ulu öndər Heydər Əliyev  ideyalarına, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hər bir daşkəsənli gənc öz qəlbində böyük hörmət və məhəbbət gəzdirir.
Rayon Gənclər və İdman idarəsi rəisi Samir Həsənov çıxışının sonunda gənclərə göstərilən diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə və  Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevə  rayon gəncləri adından öz  minnətdarlığını bildirmiş, rayon rəhbərliyini əmin etmişdir ki, Gənclər və İdman idarəsi gənclərlə iş və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyətini həmişə olduğu kimi bundan sonra da məsuliyyətlə yerinə yetirəcəkdir.
Tədbirdə sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev çıxış etmiş, gənclərə rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin təbrikini çatdırmışdır.
Rayonda həyata keçirilən bir çox mədəni kütləvi tədbirlərdə gənclərin bəzən zəif aktivliyinin müşahidə olunmasını təəssüflə qeyd edən Elmar Əliyev, intellektual səviyyəli, potensial yaradıcılıq imkanları olan gənclərin aşkarlanmasında müəllimlərin rolunu xüsusi vurğulamışdır. Onların qarşısında duran konkret vəzifələr toxunmuşdur. Rayon rəhbərliyi tərəfindən daima gənclərə hörmətlə yanaşmanın, onların gələcək fəaliyyətlərinin stimullaşdırılması və rəhbər məsul vəzifələrə irəli çəkilməsinin hər zaman diqqətdə saxlanıldığını demişdir.
  Sonra Daşkəsən şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Nigar Məmmədzadə və  1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Təhminə Səmədova ölkəmizdə və eləcə də rayonumuzda gənclərə göstərilən diqqət və qayğıdan, müasir Azərbaycan gəncliyinin müstəqilliyimizə bəxş etdikləri layiqli töhfələrdən danışmış, gəncliyin qarşısında duran vəzifələrdən geniş söhbət açmışlar.
Məktəblilər Azərbaycan gəncliyinin xoş gələcəyinin 100 illərə hesablanmış Ulu öndər Heydər Əliyevin tarixin sınaqlarından uğurla keçən daxili və xarici siyasəti ilə bilavasitə bağlı olduğunu söyləmişlər.
Tədbirin sonunda rayonun ictimai həyatında, müxtəlif yarışlarda, mədəni-kütləvi tədbirlərdə fərqlənən gənclərə Rayon Gənclər və İdman İdarəsi adından qiymətli hədiyyələr  verilmişdir.

Keçidlər