DAŞKƏSƏNDƏ 20 YANVAR FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜ DƏRİN EHTİRAMLA YAD EDİLMİŞDİR
Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində qara səhifə kimi heç vaxt unudulmayacaq, yaddan çıxmayacaqdır.
Əhəd Abıyev
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı
20 Yanvar faciəsindən iyirmi səkkiz il ötür. Xalqımızın qan yaddaşına yazılmış bu tarixi faciə hər il Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini yad etmə günü – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
20 Yanvar faciəsinin 28-ci ildönümünü bütün ölkəmizdə olduğu kimi, Daşkəsən rayonunda da dərin ehtiramla yad etməklə biz bir daha da həmrəyliyimizi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizə əzmimizi nümayiş etdiririk.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin müvafiq sərəncamına əsasən faciənin ildönümünün geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanmış, yanvar ayının 5-dan 20-dək rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində dəyirmi masalar, müzakirələr və digər geniş anım tədbirləri keçirilmiş, həmçinin mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş fotostend, rəsm və kitab sərgiləri hazırlanmış, kitabxana müəssisələrində oxucu konfransları təşkil olunmuş, faciə ilə bağlı məruzələr oxunmuş, xüsusi dərslər keçilmişdir.
Rayonun mərkəzində, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq, Azərbaycanın Dövlət bayraqları endirilmiş, Daşkəsən şəhər “Cümə” məscidində 20 Yanvar faciəsi zamanı şəhid olanların ruhuna dualar oxunmuşdur.
Qeyd edilən tədbirlərin tərkib hissəsi olaraq 19 yanvar 2018-ci il tarixdə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin 4500-dən çox nümayəndəsinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevın adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.
Rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər tərəfindən qəmli musiqilərin sədaları altında şəhid məzarları ziyarət olunmuş, şəhid qəbirlərinin üzərinə tər güllər və çiçəklər qoyulmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələr, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində çıxış edərək 20 Yanvar faciəsinin mahiyyətindən bəhs edən dərin məzmunlu nitq söyləmişdir. O, çıxışında demişdir:
– 1990-cı ilin 20 yanvarında törədilmiş qanlı, faciəli hadisələr xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib.
Bu həmin dövr idi ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürür, təcavüzkar hərəkətlərə başlayır, keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov isə onlara havadarlıq edirdi. Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində qara səhifə kimi heç vaxt unudulmayacaq, yaddan çıxmayacaqdır.
Sovet ordusunun və erməni quldurlarının hərbi təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmış və şikəst, əlil olmuşdur. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Xalq o günlərdə böyük bir həqi¬qəti – meydanda həqiqi liderin olma¬masını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamağına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azər¬baycanın Moskvadakı daimi nümayən¬dəliyinə gəldi. Ulu öndər təcavüzə kəs¬kin etirazını bildirdi, faciəni törədən¬ləri, şəxsən M.Qorbaçovu kəskin it¬tiham etdi, qoşunların Bakıdan çıxarıl¬masını, törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Xalqımızın ümum¬milli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
1991-ci ilin martında isə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edərək bu hadisəni İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz kimi qiymətləndirdi. O, qatillərin aşkarlanması məsələsini yenidən qaldırdı, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğuladı.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. Yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Preziden¬tinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərə¬rək həlak olmuş Azərbaycan Respubli¬kası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil¬lərin problemlərinin dövlət səviyyəsin¬də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqa¬mətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən¬dirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yan¬var şəhidlərinin ailələri üçün Azərbay¬can Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin ailə üzvlərinə Prezident təqaüdü verilir. 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanacağımız o böyük qələbə günü çox da uzaqda deyil. Ölkə rəhbərimiz cənab İlham Əliyevin aparmış olduğu doğru-düzgün, uğurlu siyasəti bizi inamla işıqlı gələcəyə, yeni-yeni parlaq qələbələrə doğru aparır. Bu gün Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır.
Bakının ən möh¬tə¬şəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızla¬rımızın uyuduğu Şəhidlər xiya¬ba¬nı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib.
Ümumrayon anım tədbirindən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirmiş, onların ehtiyac və qayğıları ilə maraqlanmış, aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlətin onlara göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısına Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Qanlı Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş ümumrayon tədbirində, öz çıxışlarında bir daha da xalqımıza və dövlətimizə qarşı belə faciə, terror aktının olmamasını, ölkəmizə sülh, əmin-amanlıq və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü