Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

29 Sentyabr - Azərbaycan Respublikasında Turizm İşçiləri Günüdür

29 sentyabr 2024 | 11:26

Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır.

Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər öz müsbət təsirlərini göstərir.

2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.

Prezident cənab İlham Əliyevin 2018-ci il 20 aprel tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncamı”na əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.

Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda mövcud olan mədəni irsin qorunması, oradakı tarixi abidələrin mühafizəsi və qoruqları turistlər üçün cəlbedici məkana çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir.

Turizm sahəsində bir çox ölkələrlə əməkdaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın əsası kimi, müxtəlif dövlətlərlə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə sazişlər, müqavilələr, anlaşma memorandumları bağlanılır.

Bundan əlavə, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq əlaqələri genişlənməkdədir. Ölkəmiz bu mötəbər təşkilatın beynəlxalq tədbirlərinə artıq bir neçə dəfə evsahibliyi edib. 2023–2027-ci illər üçün ÜTT-nin İcraiyyə Şurasına üzv olmaq üçün Azərbaycanın namizədliyi irəli sürülüb.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi qarşıya yeni vəzifələr qoyub. Bu vəzifələrdən biri də Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir.

29 Sentyabr – Azərbaycan Respublikasında Turizm İşçiləri Günü münasibətilə bütün turizm sahəsində çalışanların peşə bayramını ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq!

Keçidlər