Daşkəsən rayonunda şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları davam edir
“Yerli İcra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları başlamışdır.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısının müavinləri, Şura üzvləri, aparatın şöbə müdirləri və məsul işçiləri, eləcə də rayonda fəaliyyət göstərən digər idarə, müəssisə rəhbərləri iştirak edirlər.
Rayonun Əhmədli, Dəstəfur, Qaraqullar, Zinzahal, Bayan, Zəylik, Zağalı kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir.
Hesabat yığıncaqlarında bildirilmişdir ki, nümayəndəliklərin əhatə etdiyi kəndlərin hər biri dövlətimizin və rayon rəhbərlyinin tam qayğısı ilə əhatə olunmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin çox böyük zəhməti və diqqəti nəticəsində şəhər mərkəzinə daimi içməli suyun verilməsi başa çatmaq üzrədir, şəhərin bütün küçələri yenidən asfaltlaşdırılmış, geniş abadlıq işlərinə start verilmişdir, kəndlərə qaz xətti çəkilmiş, yollara qum-çınqıl döşənmiş, Şahvələdli kəndində modul tipli ümumi orta məktəbin tikintisinə başlanılmışdır.
Sonra çıxışlar olmuş və kənd sakinləri tərəfindən təkliflər səsləndirilmişdir.
Hesabat yığıncaqlarında irəli sürülmüş təkliflərin icrası ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə lazımi tapşırıqlar verilmişdir.