DAŞKƏSƏNDƏ C.CABBARLI ADINA GƏNCƏ DÖVLƏT DRAM TEATRI NÖVBƏTİ TAMAŞA İLƏ ÇIXIŞ EDİB
23 dekabr 2017 | 16:00
Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin səhnəsində qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Ələsgər Qurbanovun “Ayının qoçaqlığı” əsəri əsasında hazırlanmış tamaşa anşlaqla yadda qalıb.
C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinin ərsəyə gətirdiyi 4 seansda uğurla baş tutmuş tamaşanı balacalar və məktəblilər böyük maraqla izləyiblər.
Şaxta baba və Qar qız personajları uşaqların sevincinə səbəb olub və onlarla birlikdə rəqs ediblər.
Elmar Vüqarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü