Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASININ 25-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ

10 noyabr 2017 | 16:00

Noyabrın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, YAP Daşkəsən rayon ərazi ilk partiya təşkilatının sədrləri və partiya fəalları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri,  ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak etdi.
Tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın memarı, YAP-ın yaradıcısı Ümummilli liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzdülər.
Tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yubiley tədbirində  çıxış edərək dedi:
- Hörmətli siyasi həmkirlər, sizləri Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə rayonumuzda keçirilən bugünkü yığıncaqda salamlayır və ən xoş arzularımı bildirirəm.
Birmənalı olaraq bildirirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyətli iradəsi və müdrik rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi. Bu gün bütün regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi respublikamızda təntənəli şəkildə qeyd edilir. Yeni Azərbaycan Partiyası ölkə vətəndaşlarının arzusunu reallaşdırmaq kimi bir missiyanı yerinə yetirir və partiya cəmiyyətimizə siyasi, sosial, iqtisadi həyatına yeni dəyərlər gətirib.
Heç kəsə sirr deyil ki, müasir Azərbaycan müstəqil dövlətinin memarı və Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olaraq Azərbaycanın inkişafı naminə çalışır. Yarandığı ilk gündən müasirliyi, yeniliyi fəaliyyətinin əsas məqsədi kimi qarşıya qoyan, demokratik dəyərlərə söykənən, saf əqidəli insanları ətrafına toplayan Yeni Azərbaycan Partiyasının milyonların partiyası olduğunu tarix özü artıq sübut etmişdir.
1991-1993-cü illər ərzində xarici kəşfiyyat orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna çevrilən Azərbaycan ciddi xaos, ölkədə vətəndaşların qardaş qırğını ilə qarşı-qarşıya qoyurdular. Bu dövrdə ölkəmizin nisbi müstəqilliyindən belə danışmaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin idarəetməni bilməməsi, öz funksiya və səlahiyyətlərini yerinə yetirə bilməmələri hakimiyyət böhranı və anarxiyanın meydana çıxmasına səbəb olmuşdu. Nəticədə də torpaqlarımızın 20 faizindən çox hissəsi işğal olundu.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik, vahid rəhbərlik təmin edildi. Ulu öndər Heydər Əliyevin zamanında atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi, tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu.
Birmənalı olaraq öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi  istiqamətində də mühüm addımlar atdı. Belə ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Milli Məclisin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun təmin olunması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bütövlükdə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi.
Bu gün Azərbaycanın daxili və xarici siyasət kursu müstəqillik prinsipinə əsaslanır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan müstəqil siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycan müstəqil dövlət kimi dinamik inkişaf yolunda inamlı addımlarla irəliləyir.
Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir. Hazırda dünyada qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı isə inkişaf edir. Azərbaycan çox böyük qlobal layihələr həyata keçirir. Bu kontekstdə yeni əsrin müqaviləsi kimi səciyyələndirilən yenilənmiş “Azəri”, “Çıraq” və “Günəşli” sazişinin imzalanmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən Sazişin imzalanması mərasimindəki çıxışında diqqətə çatdırdı ki, əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
Qarşıdakı dövrdə bu sahədə dinamizmin təmin olunması, ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi sayəsində qarşıya qoyulan hədəflərə nail olmaq mümkün olacaq.
Hörmətli Prezident cənab İlham Əliyev 2017-ci ili ciddi iqtisadi islahatlar ili kimi xarakterizə etmişdir. Doğrudan da, göstərilən nailiyyətlər 2017-ci ildə çox böyük iqtisadi uğurların əldə edildiyini göstərir.
Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, o cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsində Azərbaycana müxtəlif xarakterli çoxsaylı təzyiqlər edilir.
Ona görə də həyata keçirilən çevik, iqtisadi-siyasi islahatlar hazırkı mürəkkəb iqtisadi mərhələdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin edir. Azərbaycanın dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla münasibətləri ikitərəfli və çoxsahəli qaydada inkişaf edir. Heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu və nüfuzu artmaqdadır. Əlbəttə ki, bu münasibətlərin inkişafı kontekstində Azərbaycanın başlıca hədəfi öz ərazi bütövlüyünü təmin etməkdir. Gələcək mərhələdə də Azərbaycan bu istiqamətdə işlərini davam etdirəcək və yeni layihələr həyata keçirəcək. Bakı-Tbilisi–Qars dəmir yolu xətti nadir iqtisadi və maliyyə mühiti yaradacaq.
Böyük tarixi hadisə olan Bakı-Tbilisi–Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün oldu. Bakı-Tbilisi–Qars dəmir yolunun açılışı olduqca əlamətdar tarixi hadisədir.
Ölkəmiz üçün bu layihənin strateji əhəmiyyətindən biri də odur ki, layihə işğalçı Ermənistanın regionda geostrateji əhəmiyyətini daha da azaltmaqla onun ətrafında siyasi və iqtisadi təcridetməni dərinləşdirir. Bu fakt isə gələcəkdə onu daha da zəiflətməklə faktiki olaraq regionda baş verən iqtisadi və siyasi proseslərdən Ermənistanı kənarlaşdırılır.
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla davam etdirən dünya şöhrətli Prezident cənab İlham Əliyevin iştirakı ilə bu il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş isə əfsanəvi “Yeni əsrin müqaviləsi” adlandırılır. İmzalanma mərasimində bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng neft şirkətlərinin rəhbər şəxslərinin iştirakı buna sübutdur. Beləliklə, yeni müqaviləyə görə, 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcəkdir. Bu yeni müqavilə həm də xarici nüfuzlu tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını bir daha da göstərir.
Buna bariz nümunə olaraq böyük fərəh hissi qeyd edə bilərik ki, bu gün Azərbaycanda 2 milyard ton neft hasil edilibdir. Bu çox böyük tarixi bir hadisədir. Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət etmişlər. Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilmişdir.
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu gün də qaz ixrac edən ölkə kimi də tanınır. Müstəqillik dövründə bu istiqamətdə çox önəmli addımlar atılmışdır. 1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının ümumi inkişafına çox böyük töhfə vermişdir, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılmışdır.
Dahi liderin həm 1970-1980-ci illərdə, həm də sonrakı illərdə göstərdiyi misilsiz xidmətlər bugünkü Azərbaycan reallıqlarını təmin edir.
Əlbəttə ki, bu qlobal davamlı iqtisadi proseslərin daxili və xarici siyasətimizin yüksəlişinin əsas səbəbi və ilhamvericisi ulu öndərimizin vaxtında yaratmış olduğu Yeni Azərbaycan Partiyasıdır.
Belə ki, 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Bildiyiniz kimi 2003-cü ildən bəri partiyamızın sədri Ulu Öndərin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində xalqın böyük səs çoxluğu ilə qalib gəlmişdir. Eləcə də 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərində YAP 125 mandatdan 71-ni qazanıb. Bu xalqımızın Yeni Azərbaycan Partiyasına olan sarsılmaz inamı və etimadıdır.
Bu gün ölkədə gedən bütün ictimai-siyasi hadisələrdə, seçkilərdə əzmlə fəallıq göstərən daşkəsənlilər də Yeni Azərbaycan Partiyasına daim sədaqət nümayiş etdirmişlər. Bu səbəbdən də rayonumuzda Yeni Azərbaycan Partiyasına alternativ ikinci partiya yoxdur. Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sıraları ildən ilə artır və rayonumuzda möhtərəm prezidentimiz cənab İlham Əliyevin çox uğurlu daxili və xarici siyasətinə ideoloji təminat yaradır. Daşkəsənin hər bir sakini bu siyasətin qələbəsini, qazanılan uğurların bəhrəsini öz gündəlik həyatında hiss edir, ölkədəki yüksəliş və tərəqqi xəttini ürəkdən dəstəkləyirlər.
Bu gün partiyanın keçdiyi qürurverici yoluna nəzər salınması həm də müstəqilliyinin bərpasının 25-ci il dönümünü qeyd edən Azərbaycanın müasir tarixinin öyrənilməsi deməkdir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi üçün son dərəcə mühüm amil olan siyasi sabitliyin qorunması, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi inkişaf konsepsiyasının hazırlanması, sosial tərəqqiyə xidmət edən islahatların həyata keçirilməsi partiyanın ətrafına toplaşan saf əqidəli insanlar üçün hər zaman fəaliyyət proqramı olub. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan ölkənin avanqard partiyasının üzvü olmaq hər bir partiya üzvü üçün böyük şərəf və məsuliyyətdir. Ulu Öndər Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Bəli yaşadığımız aylar, illər təsdiq edir ki, bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə qələbələr partiyası, xalqa xidmət edən partiya kimi böyük hörmət və nüfuza malikdir. Yeni Azərbaycan Partiyası əbədiyaşar partiyadır. Çünki bu partiya Heydər Əliyev ideyalarından, möhtərəm prezidentimiz cənab İlham Əliyevin çox uğurlu daxili və xarici siyasətindən güc alır.
Mən Sizi və Sizlərin simasında bütün siyasi həmfikirlərimizi başda Partiyamızın çox hörmətli Sədri Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Partiyanın sədr müavini hörmətli Mehriban xanım Əliyeva olmaqla, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, Sizlərə cansağlığı, şərəfli işinizdə yeni-yeni qələbələr arzulayıram!
Yaşasın Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin daima yaşayan və qalib gələn ideyaları!
Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin geniş məruzəsindən sonra tədbirdə  çıxış edənlər  YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, Yeni Azərbaycan Partiyasının böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən danışdılar. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident cənab  İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Daşkəsən rayonunda bir sıra silsilə tədbirlər, o cümlədən gənclər və yeniyetmələr arasında müxtəlif idman növləri üzrə rayon birinciliyi  keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilmiş idman yarışlarının qaliblərinə qiymətli  hədiyyələr verildi, partiya sıralarına qəbul olunmuş yeni çoxsaylı gənc üzvlərə vəsiqələr təqdim olundu.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonun ictimai-siyasi həyatında və 30 oktyabr tarixində Dəstəfur kəndində meşə ərazisində baş vermiş yanğının söndürülməsində fəal iştirakına görə YAP fəalı Cəfərova Lalə Rafail qızını Daşkəsən Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif etdi.

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər