Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

"Tıq-tıq xanım" tamaşası daşkəsənli uşaqların sevincinə səbəb oldu

28 oktyabr 2017 | 16:00

 

28 oktyabrda Daşkəsən rayon Mədəniyyət Mərkəzinin səhnəsində Abdulla Şaiqin “Tık-tık xanımın nağılı” əsəri əsasında hazırlanmış tamaşa oynanılıb. C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinin ərsəyə gətirdiyi 3 seansda uğurla baş tutmuş tamaşaya balacalar və məktəblilər həvəslə gəliblər. "Tıq-tıq xanım" daşkəsənli uşaqların sevincinə səbəb olub.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov qeyd edib ki, mədəni-kütləvi tədbirlərin rayonda genişləndirilməsini daim diqqətimizdə saxlayırıq. Həmçinin gənc nəslin yetişməsi, intellektual şüurun formalaşması, asudə vaxtın səmərəli təşkili və teatr sahəsinə marağın artırılması məqsədi ilə yaradıcı kollektivlərin rayonumuzda çıxışları mütəmadi olaraq “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na uyğun təşkil olunur. Balacaların böyük rəğbətlə qarşıladıqları Abdulla Şaiqin “Tık-tık xanımın nağılı” əsəri əsasında hazırlanmış tamaşa da həmin məqsədə xidmət göstərir. 
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov Daşkəsəndə teatra rəğbətin və tələbatın böyük olduğunu bildirib. Teatrın rəhbəri bütün kollektiv adından Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə tamaşaların təşkilinə hər zaman verdiyi dəstəyə, yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.
“Teatrımızın verdiyi tamaşalar Daşkəsəndə həmişə anşlaqla keçir, odur ki, zəngin repertuarı olan teatrımızın digər tamaşalarının da səhnəyə qoyulmasını planlaşdırırıq”, – deyə Ə.Qasımov vurğulayıb.
Rayonumuzda yeni tamaşaların səhnəyə qoyulacağını sakinlər maraqla gözləyirlər.
Unutmaq lazım deyil ki, oynanılan hər hansı bir tamaşa dəyişməz qalsa da, yaşından asılı olmayaraq tamaşaçı hər zaman dəyişir və yenilənir. Yenilənən tamaşaçı baxdığı tamaşadan ora qoyduğu enerjini götürməyə haqlıdır. Hər bir teatrın yaradıcı heyəti teatr tarixinə öz uğurlu imzasını atmaqla çəkilən zəhmətinin haqqını məhz tamaşaçı alqışı ilə qazanır.

Keçidlər